DÜNYA İQTİSADİYYATI KAFEDRASININ TƏŞKİLATÇILIĞI İLƏ NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLİB
1 Aprel 2025 17:02

Dünya iqtisadiyyatı kafedrasının müəllimi Xaliq Rüstəmovun təqdimatında "Çin Xalq Respublikasının Azərbaycanla iqtisadi əlaqələrinin potensial imkanları və perspektivləri" mövzusunda növbəti elmi seminar keçirilmişdir.
Seminarda məruzəçi Xaliq Rüstəmov müasir mərhələdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında iqtisadi əlaqələrin vəziyyəti, iki ölkə arasında ticarət münasibətlərinin inkişafı, investisiya əməkdaşlığının və infrastruktur layihələrinin iqtisadi əməkdaşlığın mühüm istiqamətlərini təşkil etməsi barədə geniş məlumat verib.
Həmçinin seminarda məruzəçi Azərbaycanın tranzit potensialı, xüsusilə Transxəzər Nəqliyyat Dəhlizi çərçivəsində Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə iştirakın ölkəmiz üçün üstünlükləri, eləcə də Azərbaycanda sənaye, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrinə Çin investisiyalarının cəlbi üzrə tədqiqat nəticələrini təqdim edib.
Təqdimatın sonunda iştirakçılar mövzu ilə bağlı suallar verib, müxtəlif istiqamətlərdə geniş müzakirələr aparılıb.
Son XƏBƏRLƏR
25.07.2025 | 13:54
BDU-nun əməkdaşları Xankəndidə keçirilən “Qarabağ V Beynəlxalq Elmi Tədqiqat Konfransı”nda iştirak ediblər
11.07.2025 | 19:50
Çinin Lanzhou Maliyyə və İqtisad Universitetinin nümayəndə heyəti BDU-da
07.07.2025 | 00:04
Fakültəmizin əməkdaşını məqaləsi beynəlxalq elmi jurnalda dərc olundu
03.07.2025 | 23:04
Magistratura səviyyəsi üzrə diplom işlərinin müdafiəsi uğurla keçirilib
23.05.2025 | 19:09