QISA BİOQRAFİK MƏLUMAT
1955-ci il 15 sentaybr tarixində Beyləqan rayonunda andan olmuşdur.
1962-1972-ci illərdə Quba rayonunun Barlı kənd orta məktəbində təhsil almışdır.
1973-1975-ci illərdə Macarıstanda hərbi xidmətdə olmuşdur.
Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1977-1983-cü illərdə BDU-nun tarix fakültəsində təhsil almışdır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru
ƏMƏK FƏALİYYƏTİ
1983-1993-cü illərdə N.Nərimanov muzeyində elmi-işçi,
1989-1991-ci illərdə „Vətən səsi“ qəzetində fəaliyyət göstərmişdir
1991-1992-ci illərdə „Doğru yol“ qəzetində fəaliyyət göstərmişdir.
1999-2005-ci illərdə N.Nərimanov muzeyində direktor vəzifələrində çalışmışdır.
1993-cü ildən BDU-nun Beynəlxalq münasibətlər kafedrasında çalışır.
TƏDRİS ETDİYİ FƏNLƏR
- Beynəlxalq münasibətlər tarixi (qədim dövr)
- Beynəlxalq münasibətlər tarixi (orta əsrlər)
- Beynəlxalq münasibətlər tarixi (yeni dövr)
- Beynəlxalq münasibətlər tarixi (müasir dövr)
- Beynəlxalq münasibətlər nəzəriyyəsi
- Konfliktologiya
- Müasir beynəlxalq münasibətlərin aktual problemləri
- Dünya siyasətinin nəzəri problemləri
- Cənubi Qafqaz dünya siyasətində
- Beynəlxalq təşkilatlar
TƏDQİQAT SAHƏSİ
- Beynəlxalq münasibətlər tarixi
- Diplomatik portretlər
- İsrail müasir beynəlxalq münasibətlərdə
- Müasir beynəlxalq münasibətlərin aktual problemləri
- Müasir dövrdə ABŞ-ın Yaxın və Orta Şərq siyasəti
- Azərbaycan Respublikası müasir geosiyasi münasibətlər sistemində
- Cənubi Qafqaz dünya siyasətində
- Qeyri-dövlət təşkilatları
- Beynəlxalq münasibətlərdə diasporun rolu
- Avropa ölkələrinin xarici siyasəti
- Asiya ölkələrinin xarici siyasəti
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1996-cı ildə BDU-nun ARDNŞ və Caspian Centerin birgə təşkil etdiyi beynəlxalq konfrans
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
N.Nərimanov muzeyində „Açıq söz“ qəzetinin bütün nömrələrinin latın qrafikasına keçirilməsi ilə əlaqədar SOROS fondunun qrantı
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- N.Nərimanov və Həştərxan ictimai-ədəbi mühiti // 06-07 may 2010-cu il tarixdə keçirilmiş elmi-praktiki konfransın materialları. B., 2010, s. 19-27
- N.Nərimanovun diplomatik-siyasi görüşləri // Azərbaycan Respublikasının iqtisadi siyasəti: nailiyyətlər və perspektivlər mövzusunda keçirilmiş elmi-praktiki konfr. materialları. B., 2012, s. 36-42
- Xalqın içərisinə səfər //Qəhrəmanova R. N.Nərimanov: dünən, bu gün, sabah. B., Vektor nəşrlər evi, 2013, s. 9-22
- BMT və nüvə təhlükəsizliyi problemi // Milli mənafelərin iqtisadi və diplomatik aspektləri mövzusunda keçirilmiş elmi-praktik konfransın materialları. B., 2013, s. 20-26
- Avropanın Cənub qaz dəhlizi və TANAP // Milli mənafelərin iqtisadi və diplomatik aspektləri mövzusunda keçirilmiş elmi-praktik konfransın materialları. B., 2013, s. 26-31
- Türkiyə-Avropa Birliyi münasibətləri: problemlər, perspektivlər// “Qloballaşma şəraitində diplomatik münasibətlərin iqtisadi və siyasi xüsusiyyətləri” mövzusunda Pespublika Elmi-praktiki konfransı. 2014, noyabr. B., 2014, s. 27-33
- Qlobal ekoloji problemlər və nizamlanması sahəsində diplomatik-siyasi mübarizə//Beynəlxalq münasibətlər, milli təhlükəsizlik, geoiqtisadiyyat və geosiyasətin fundamental və tətbiqi problemləri mövzusunda universitet səviyyəli Elmi-praktiki konfransın materialları (26-27 noyabr 2015-ci il). B., 2015, s. 104-109
- Körfəz böhranı və sonrakı ilk illərdə Yaxın Şərqdə geosiyasi vəziyyət (90-cı illərin əvvəlləri) / Azərbaycanın iqtisadi inkişafı və dövlət quruculuğu beynəlxalq münasibətlər sistemində mövzusunda Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Respublika səviyyəli elmi-praktik konfransın materialları (7-8 may 2015-ci il)., B., 2015, s. 58-64
- Körfəz savaşlarından sonra regionda yeni geosiyasi durumun formalaşması // Beynəlxalq münasibətlər, milli təhlükəsizlik, geoiqtisadiyyat və geosiyasətin fundamental və tətbiqi problemləri mövzusunda universitet səviyyəli Elmi-praktiki konfransın materialları (26-27 noyabr 2015-ci il). B., 2015, s. 86-90
- «Azərbaycan – multikulturalizmin tarixi vətəni»// Mədəni müxtəliflik: dünya və Azərbaycan. Beynəlxalq elmi konfrans, 29 aprel, 2016-cı il. B., 2016, s. 202-204
- Beynəlxalq münasibətlər tarixi» fənninin proqramı(Tarix Fakültəsi, Qafqazşünaslıq və Amerikaşünaslıq ixtisaslarının bakalavr pilləsi üçün). B., 2016, 30 s.