Beynəlxalq ikili diplomlar

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə beynəlxalq ikili diplom proqramlarının əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır.

Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Amerika Birləşmiş Ştatları, İsveçrə və Qazaxıstanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramları həyata keçirir.

Qeyd edək ki, ikili diplom proqramı tələbələrə tərəfdaş universitetlərin müvafiq ixtisasları üzrə diplomlarını almaq imkanı verməklə yanaşı, hər iki universitetdən əldə edəcəyi təcrübənin təhsilin keyfiyyətinin artırılmasında və gələcəkdə yüksək ixtisaslı kadr kimi formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

 

Bakı Dövlət Universiteti və Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University) arasında 2021-ci ildə imzalanmış sazişə əsasən, BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes İnzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında Biznesin Təşkili və İdarə Edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir. Bu proqramın əsas məqsədlərindən biri iqtisadi və idarəetmə elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.

 

 

Bakı Dövlət Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əasasən Beynəlxalq münasibətlər və diplomatiya, 2022-ci ildə imzalanmış müqaviləyə əasasən, (MBA) proqramı bazasında Biznesin Təşkili və İdarə Edilməsi (maliyyə üzrə) magistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Sözügedən ikili diplom proqramlarının məqsədlərindən biri də iqtisadi və siyasi idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəlliyətlərində praktik problemləri təsnif etmək və onları həll etmək bacarıqlarına malik habelə təhsil, elm, iqtisadi və beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtiasalı mütəxəssislərin hazırlanmasıdır.

 

 

Bakı Dövlət Universiteti və Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında 2022-ci ildə imzalanmış müqaviləyə əasasən Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr hazırlığı həyata keçirilir. Bu proqramın əsas məqsədlərindən biri Beynəlxalq münasibətlər sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət