Əziz abitruyentlər!
Bakı Dövət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ölkəmizdə diplomatiya, iqtisadiyyat və idarəetmə ixtisaslarına liderlik edən elm-təhsil mərkəzlərindəndir. Hal-hazırda fakültədə ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində 4000-ə qədər tələbə 35 ixtisas və ixtisaslaşma üzrə azərbaycan, rus və ingilis dillərində, əyani və qiyabi formada təhsil alır. Bu ixtisaslar hər il əmək bazarının tələbləri nəzərə alınaraq modernləşdirilir, elm, dövlət strukturları və özəl təşkilatlar üçün tələb olunan ixtisaslı kadrlar hazırlanır. Fakültə çox istiqamətli olub elm-təhsil, diplomatiya və iqtisadiyyat modelləri üzrə formalaşıb və bir-biri ilə sıx əlaqədə olan 7 kafedradan ibarətdir. Beynəlxalq münasibətlər, diplomatiya, iqtisadiyyat, idarəetmə istiqamətləri üzrə müxtəlif sahələrdə elmi-tədqiqat işəri aparmaq üçün bazaya malikdir. Birinci kursdan tələbələr elmi-tədqiqat işərinə cəlb olunurlar. Onların elmi-tədqiqat işlərinə 9 professor, 51 dosent, 7 baş müəllim, 47 müəllim olmaqla 114 professor-müəllim heyəti rəhbərlik edir. Bu məqsədyönümlü və əməksevər tələbələrin öz potensiallarını ortaya qoymaq, dərin bilik əldə etmək, təcrübə və lazımi kompetensiyaları qazanmağa imkan verir.
Əziz abitruyentlər!
Siz BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini seçməklə öz həyatınızda ən mühüm qərarlardan birini qəbul etmiş olacaqsınız. Bununla Siz bu divarlar arasında formalaşaraq rəqabət qabiliyyətli və tələb olunan ixtisaslı kadr olacaqsınız. Bu qərar çox məsuliyyətlidir, çünki o təkcə Sizin intellektual və yaradıcı potensialınızın həyata keçməsinə yox, bütünlükdə Sizin taleyinizi müəyyən edəcəkdir. Əgər Siz gələcəyiniz üçün əmin olmaq istəyirsinizsə, əgər Siz əmək bazarında tələb olunan ixtisasçı olmaq istəyirsinizsə, əgər Siz hərtərəfli, aktiv tələbə həyatı arzulayırsınızsa Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olun. Bizim qapılarımız üzünüzə açıqdır və biz Sizin hər birinizi gözləyirik.
Fakültədə bakalavr səviyyəsi üzrə 9 ixtisasda kadr hazırlanır:
“050201 - Beynəlxalq münasibətlər” ixtisası üzrə məzun olan tələbələr əsasən dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə beynəlxalq əlaqələr üzrə mütəxəssis/məsləhətçi və siyasətçi olaraq fəaliyyət göstərə bilərlər. Bundan əlavə, məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik və komitələrdə həmçinin agentlikliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis olaraq da çahşa bilərlər.
"050401 - Beynəlxalq ticarət və logistika” ixtisası üzrə Təhsil Proqramının məzunları dövlət hakimiyyəti və idarəetmə orqanlarında; nazirliklərdə və təşkilatlarda; dövlət gömrük komitəsində; dövlət şirkətlərində; nəqliyyal-logistika mərkəzlərində; limanlarda, nəqliyyat və nəqliyyat-ekspedisiya şirkətlərində; idxal və ixracla məşqul olan şirkətlərdə; yerli və beynəlxalq şirkətlərin nəqliyyat və təchizat bölmələrində; investisiya şirkətlərində; yerli və beynəlxalq konsaltinq və sərgi firmalarında; reklam agentliklərində; beynəlxalq təşkilatların nümayəndəliklərində ixtisas üzrə bütün vəzifələrdə işləyə bilərlər.
“050402 - Biznesin idarə edilməsi” ixtisası üzrə Təhsil Proqramının məzunları həm özəl həm dövlət sektorunda idarəetmə, insan resurslarının idarəedilməsi, istehsalın idarəedilməsi, maliyyə, muhasibat, marketinq, tədqiqat və inkişaf, ictimaiyyətlə əlaqələr kimi sahələrdə mütəxəssis olaraq işləyə bilərlər. Eyni zamanda məzunlar menecer, strateji idarəetmə mütəxəsssisi, istehsalat mütəxəssisi, layihələrin idarə edilməsi üzrə mütəxəssis, CEO, CFO, biznes analitik peşələrində işləyə bilərlər.
“050203 - Dövlət və ictimai münasibətlər” ixtisası üzrə məzun olan tələbələr əsasən dövlət qurumlannda, yerli özünüidarəetmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə dövlət və ictimai əlaqələr üzrə mütəxəssis olaraq fəaliyyət göstərə bilərlər. Bundan əlavə, məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik və komitələrdə həmçinin agenti iki iklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis olaraq da çalışa bilərlər.
“050405 - İqtisadiyyat” ixtisası üzrə məzun olan tələbələr əsasən dövlət qurumlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə iqtisadçı olaraq fəaliyyət göstərə bilərlər. Bundan əlavə məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər, iqtisadi bloka daxil olan nazirlik və komitələrdə həmçinin maliyyə və biznes sahələrində mütəxəssis olaraq da çalışa bilərlər.
“050406 - Maliyyə” ixtisası üzrə Təhsil Proqramının məzunları mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdə və s. sferalarda maliyyə meneceri, bank meneceri, kredit mütəxəssisi, maliyyə vasitəçiliyi üzrə agent, sığorta agenti və s. peşələrdə işləyə bilərlər.
“050408 - Menecment” ixtisası üzrə Təhsil Proqramının məzunları həm özəl həm dövlət sektorunda layihə menecmenti, insan resursları menecmenti, ictimaiyyətlə əlaqələr, müştəri əlaqələrinin idarəedilməsi, əməliyyatların idarə edilməsi, satış kimi sahələrdə layihə meneceri, insan resursları meneceri, əməliyyatlar üzrə menecer, satınalmalar üzrə menecer, ictimaiyyətlə əlaqələr üzrə menecer, müştəri əlaqələri üzrə menecer peşələrində işləyə bilərlər. Eyni zamanda sahibkar, dövlət qulluqçusu kimi də fəaliyyət göstərə bilər.
“050210 - Politologiya” ixtisası üzrə məzun olan tələbələr əsasən dövlət qurumlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə beynəlxalq əlaqələr üzrə mütəxəssis/məsləhətçi və siyasətçi olaraq fəaliyyət göstərə bilərlər. Bundan əlavə, məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik və komitələrdə həmçinin agentlikliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis olaraq da çalışa bilərlər.
“050410 - Statistika” ixtisası üzrə Təhsil Proqramının məzunları iqtisadi və sosial sferanın bütün sahələrində iqtisadçı-statistik kimi işləyə bilər.
Əziz abitruyentlər!
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul II və III ixtisas qrupları üzrə aparılır. Bu haqda Dövlət İmtahan Mərkəzinin səhifəsində məlumat almaq olar.