Fakültənin beynəlxalq əlaqələri

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakütəsinin mühüm strateji hədəflərindən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Tədris prosesində qabaqcıl xarici ali təhsil mütəxəssislərinin iştirakının təşkil olunması, tələbə-müəllim mübadiləsi, ikili diplom proqramları, əcnəbi tələbələrin cəlb olunması, beynəlxalq elmi konfranslar, qrant layihələrində iştirak, beynəlxalq akkreditasiyalar, beynəlxalq reytinq bazalarında təmsil olunması istiqamətində fakültədə mütəmadi olaraq işlər görülür. Beynəlmiləlləşdirmə prosesi fakültənin ümumi fəaliyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Avropa, Amerika, Türkiyə və MDB məkanına daxil olan dövlətlərin nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq etməkdədir. Ölkəmizdə mövcud olan diplomatik korpuslarla əlaqələrin inkişaf etdirilməsi fakültəmizin əsas prioritetlərindən biri olaraq hesab edilir. Son illər Almanya Federativ Respublikasının Azərbaycandakı səfirliyi arasında görüş keçirilib. Bundestaqın Beynəlxalq Parlament təqaüdü (IPS) və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi ilə fakültəmiz arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barəsində səmərəli danışıqlar aparılıb. Həmçinin İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) arasında görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivlərindən bəhs edilib və gələcəkdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi BDU-nun son illər ərzində həyata keçirdiyi beynəlmiləlləşmə siyasəti çərçivəsində Macaristanın Lüdovika Dövlət İdarəetmə Universiteti, Çin Xalq Respublikasının Renmin Universiteti və (Bir kəmər, bir yol) Elm və Texnologiya Alyansı nümayəndələri ilə görüşlər keçirilmiş ilə birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, həmçinin ikili diplom proqramı layihələrinin yaradılması haqqında müzakirələr aparılıb.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakütəsi müxtəlif ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq etməkdədir.

  • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (Rusiya)
  • Moskva Beynəlxalq Münasibətlər Universiteti (Rusiya)
  • Rusiya Xalqlar Dostluğu Universiteti (Rusiya)
  • Yessenov Universiteti (Qazaxıstan)
  • Avrasiya Universiteti (Qazaxıstan)
  • Giresun Universiteti (Türkiyə)
  • İstanbul Aydın Universiteti (Türkiyə)
  • Qazi Univeriteti (Türkiyə)
  • Uludağ Universiteti (Türkiyə)
  • Paviya Universiteti (İtaliya)
  • Union-Nikola Tesla Universiteti (Serbiya)
  • Regina Universiteti (Kanada)
  • Krakov Beynəlxalq Münasibətlər Universiteti (Polşa)
  • Qırğızıstan-Türkiyə Manas Universiteti (Qırğızıstan)
  • Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti  (İsveçrə)
  • Linkoln Universiteti (Amerika Birləşmiş Ştatları)
  • Lüdovika Dövlət İdarəetmə Universiteti (Macaristan)
  • Renmin Universiteti (Çin Xalq Respublikası)

 



            

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət