Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əldə elədiyi uğurlar fakültənin yüksək elmi potensialından qaynaqlanır. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin kafedralarında elmi fəaliyyət illər ərzində formalaşmış elmi məktəblər çərçivəsində həyata keçirilir. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi profilinə uyğun olaraq beynəlxalq elmi yenilikləri müşayət edir, fakültənin əməkdaşları dünyanın aparıcı elm və təhsil mərkəzləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə intensiv əməkdaşlıq edir.