Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
|
- Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
- Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
- Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
- Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
- Tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;
- Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
- Təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması.
Tələbələr gənciyin ən fəal üzvləridir. Cəmiyyətimizin ən aktiv üzvlərini doğru istiqamətə aparan və ona kömək edən strukturlara ehtiyac var.
Tələbələrin özlərini idarəetmə orqanı olan Tələbə Gənclər Təşkilatı tələbələrin hüquqlarını qorumaq,tələbələrin potensialını aşkarlamaq, gələcəyə fikirlərini yönəltmək,tələbələrin asudə vaxtlarını düzgün təşkil etmək üçün fəaliyyət göstərir.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Komandamız qısa müddətdə fakültə tələbələrinin diqqət mərkəzinə çevrilmişdir. Təşkilatın əsas idarə heyəti tələbələrlə mütamadi olaraq görüşlər keçirir,onların maraqlı ideyalarını, fikirlərini dinləməyə və layihələrinin icrasına dəstək olmağa çalışır.Təşkilatımız təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Komandamız hər zaman həm sosial şəbəkələr də,həm də digər sahələrdə aktiv fəaliyyət göstərərək,eyni zamanda özlərini inkişaf etdirirlər. Fakültə üzrə təşkilatımız tələbələr arasında milli düşüncə fəaliyyətini təmin etmək,hərbi-vətənpərvərlik işini təşkil etmək,istedadlı gənc tələbələrin aşkar edilməsi və.s kimi istiqamətlər üzrə fəaliyyət göstərməyə davam edir. Fakültənin ən çox rəğbət qazandığı layihələrdən biri isə Natiqlik Klubunun yaranması olmuşdur.
Komandamız pandemiya başladığı andan bu günə kimi də boş dayanmamış,cəmiyyətin özünü qoruması üçün bir çox maarifləndirici layihələr təşkil etmişlər. Eyni zamanda tələbələrin hər birində Vətənpərvərlik hissinin aşılanması mövzusunda da müxtəlif layihələr keçirilir.Fəaliyyətimiz tələbələri onların işini yaradıcı, əməli istiqamətə yönəltməkdir.
Fakültə Tələbə Gənclər Təşkilatının heyəti
Sədr:
Valeh Kərimov
Sədrin müavinləri:
Səməd Cəfərov
İdarə heyəti: