Tələbə Elmi Cəmiyyəti

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsilin bütün pillələri üzrə 4000-ə yaxın tələbə təhsil alır.

Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.

Hazırda BMİ TEC tələbələrin elmi çıxışlarda iştirak etməsi, fərdi olaraq müəyyən məsələ ətrafında araşdırma aparmaq, məsələnin aktuallığını və müasirliyini sübut edən dəlillər əldə etmək, istedadlı, səlist danışıq, analitik düşüncə qabiliyyətinə malik tələbələrin seçilməsi və TEC-in sıralarına cəlb olunması kimi işlər həyata keçirdir. Tələbələrin müəllim-professor heyyəti və digər tələbələr qarşısında çıxış etmək qabiliyyətini aşılamaq, aktual məsələlər ətrafında diskussiya və tələbələrin elmi işlərə tələbələrin cəlb olunmasına şərait yaratmaq BMİ TEC-in əsas prioritetlərindən biridir.

BDU-nun  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin nəznində fəaliyyət göstərən TEC-in əsas fəaliyyət  müstəvisi aşağıda qeyd olunub:

  • elmi tədbirlərin təşkilində və keçirilməsində iştirak edir;
  • olimpiadalar, tələbə elmi işlərinin müsabiqələri, elmi fəaliyyət üçün qrantlar, konfranslar, ustad mühazirələri, elmi seminarlar, müzakirə klubları, simpoziumlar, gənc tədqiqatçılar üçün məktəblər və digər tədbirlər təşkil edir və tələbələri məlumatlandırır;
  • təhsil və elmi fəaliyyətdə keyfiyyətin yüksəldilməsinə, elm-təhsil-sənaye inteqrasiyasının daha da inkişafına yardım edir;
  • tədqiqat və araşdırma aparmaq, buraxılış işlərinin, magistr dissertasiyalarının, elmi məqalə və məruzələrin tərtib edilməsi və elmi məruzə ilə çıxış etmək bacarıqlarının inkişaf etdirilməsi üçün seminar-təlimlər təşkil edir;
  • yerli və xarici qabaqcıl ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətləri ilə əməkdaşlıq edir, birgə layihələr hazırlayır, onların təcrübəsini öyrənir və tətbiq edir;
  • tələbələrin nəşr fəaliyyətinə dəstək verir.

Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:

Sədr - Həsənov Ülvi Yaşar oğlu 

Sədr müavini – Həbibov Vüsal Həsənxan oğlu

Sədr müavini – Muradov Hüseyn Fəxrəddin oğlu

İdarə heyəti:

  1. Cavadova Leyla Güləli qızı
  2. Əliyeva Maisə Mehdi qızı
  3. Höccətov Ayxan Hikmət oğlu
  4. İsgəndərov Fərid Nail oğlu
  5. Tağıyev Əbil Elnur oğlu

E-mail: [email protected]

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət