Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Tələbə Gənclər Təşkilatı nəznində "Gənc diplomatlar klubu" yaradılmışdır. Klubun məqsədi tələbələrin həm beynəlxalq münasibətlərə dair biliklərini möhkəmləndirmək, həm də qarşılıqlı müzakirələr apararaq nitqi və özünü ifadə edə bilmə qabiliyyətini inkişaf etdirməkdir. Klub 2011-ci ildən fəaliyyətə başlamışdır, müzakirələr ayda bir dəfə şənbə günləri keçirilir. "Gənc diplomatlar klubu" gənclər üçün diplomatik və beynəlxalq münasibətlər sahəsində təlim və təcrübə imkanları təmin edən və onların diplomatiya sahəsində fəaliyyət göstərməsinə kömək edən bir klubdur. Klubun fəaliyyət istiqaməti və məqsədləri aşağıdakı prinsiplərə əsaslanır: Təhsil və Tədqiqat: "Gənc diplomatlar klubu" üzvlərinə diplomatiya və beynəlxalq münasibətlər sahəsində təhsil və tədqiqat imkanları təqdim edir. Bu, gənclərin siyasi elmlər üzrə zəngin bilik və bacarıq qazanmasına kömək edir. Diplomatik Təlimlər: Klub, diplomatik bacarıqların inkişaf etdirilməsi və üzvlərin diplomatiya proseslərini anlamağa yardım edir. İnteraktiv təlimlər, məruzələr və simulasiyalar vasitəsilə üzvlər praktiki təcrübə qazanırlar. Əməkdaşlıq: Klub, digər diplomatiya klubları, təşkilatlar və diplomatiya sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlıq edir və onlarla təşkilatlararası tədbirlər təşkil edir. Beynəlxalq Məsələlərə Qoşulmaq: "Gənc diplomatlar klubu" üzvlərini müasir dövrdə baş verən beynəlxalq məsələləri yaxından tədqiq edir və onlarda siyasi təhlil bacarıqlarının inkişaf etməsinəkömək edir. Kluba qoşulmaq üçün qeydiyyat linki. |
"WORLD AFFAIRS" Conversation Club Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində 2023-cü ildə yaradılmışdır. Klubun məqsədi tələbələrə dil öyrənmək və siyasi terminlərdən istifadə edərək dilini təkmilləşdirmək imkanı təqdim edir. "WORLD AFFAIRS" Conversation Club tələbələrə ingilis dilində danışaraq praktiki bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edir. Klubda müasir dövrdə baş verən siyasi proseslər haqqında diskusiyaların aparılması "WORLD AFFAIRS" Conversation Club-ın daha funksional və maraqlı olmasına yardım edir. Həmçinin, üzvlərinin öz sosial bacarıqlarını inkişaf etdirməsinə kömək edir və fakültə tələbələri arasında ünsiyyət bacarıqlarının inkişaf etməsində rol oynayır. Kluba qoşulmaq üçün qeydiyyat linki. |
Bakı Dövlət Universiteti “BDU könüllüləri” təşkilatı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi könüllülərinin təşəbbüsü ilə “Xarıbülbül” Diplomatiya Klubu yaradılmışdır. Klub öz fəaliyyət istiqamətinə əsasən universitetimizin tələbələrə fayda vermək, onların maarifləndirilməsinə dəstək olmaq, gənclər arasında diplomatiya və beynəlxalq münasibətlər sahəsində məlumatlılığın artırılmasını təmin etmək məqsədi ilə yaradılmışdır. “Xarıbülbül” Diplomatiya Klubu dövlətçilik ənənələrimizin təbliği, Azərbaycan Respublikasının xarici siyasət istiqamətlərinin anlaşılması və tələbələrə izahı üçün müxtəlif nəzəri və o cümlədən praktiki tədbirlərin, layihələrin təşkilinə əhəmiyyətli diqqət ayırır. Məqsəd və hədəflərimiz: Nəzərdə tutulan fəaliyyət istiqaməti və ya fəaliyyət növləri:
Həmtəsisçi, Həmsədr: Sədr müavini: Elektron poçt ünvanı: |
İƏT modeli klubu (MOIC) Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi nəzdində yaradılmışdır. İslam Əməkdaşlıq Təşkilatının (OIC) akademik simulyasiyasını təşkil edən və iştirakçıları beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsinin müasir meylləri, effektiv ünsiyyət və çoxtərəfli diplomatiya haqqında maarifləndirməyi hədəfləyən tələbələr arası klubdur . İƏT modeli klubları vasitəsilə tələbələr əvəzsiz bacarıqlar qazanmaq, beynəlxalq münasibətlər və diplomatiya sahəsində anlayışlarını dərinləşdirmək, mədəni cəhətdən məlumatlı və qlobal miqyasda şüurlu fərdlər olmaq imkanı əldə edirlər. Bu təcrübələr həm akademik, həm də şəxsi inkişafı artırmaqla yanaşı, gələcək təhsil və karyera imkanları üçün qapılar açır. MOIC klubun fəaliyyət istiqamətləri və məqsədlərinin bir qismi aşağıdakılardır : 1.Qeyri-ənənəvi təhsil metodu : Dialoqlar, müzakirələr, debatlar və simulyasiyalar vasitəsilə İƏT coğrafiyasının və onun xaricindəki əsas siyasi, mədəni və sosial hadisələri daha yaxşı anlamaq üçün ideyaların mübadiləsini təşviq etmək. Model OIC üzvlərinə beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını artıran unikal bir nəzəri və praktiki platforma təmin edir, eyni zamanda onları diplomatiya və qlobal məsələlərdə peşəkar liderlər olaraq hazırlayır. |