Tələbə Həmkarlar İttifaqı Komitəsi

  1. Fakültəmiz təsis olunduğu vaxtdan fakültəmizdə THT fəaliyyət göstərməyə başlamışdır.
  2. Tələbə Həmkarlar Təşkilatının əsas prinsipləri sosial mövqe nəzərdən tələbələrlə bir olub, onlara yardımçı olmaqdır.
  3. THT nəznində idman, incəsənt və müəyyən intellektual aktivliklər əsasında planlaşdırılmış yarışmalar həyata keçirilir.
  4. Respublika daxili və xarici təhsil müəssisələri ilə birgə təhsil və təhsildən kənar proqramlar hazırlanır. Univerisitet və fakültə tələbələrindən ibarət, ixtisası və ya yaxudda marağı olan tələbələrlə birgə digər təhsil, təlim mərkəzlərinə səyahətlər olunur, maarifləndirici diskusiyalar aparılır.
  5. Vətənpərvərliyin, milli ideologiyanın daim tələbələrə aşılanması əsas vəzifəmiz, bu yolda fəaliyyət isə isə əsas peşəmizdir.
  6. Təşkilat həmçinin imtahan gedişində yaxında iştirak etmək hüququna malikdir. Tələbələrin ən çox müraciət etdikləri sessiya nəticələri ilə bağlı onların hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərir.  Komitənin sədri universitetdə yaradılan bütün komissiyalarda təmsil olunur (Apellyasiya Komissiyası, Aspiranturaya Qəbul Komissiyası və s.). Komitə çox vaxt məsələnin tələbənin xeyrinə həll olunmasına nail ola bilir.
  7. Quruma üzv qəbul olmaq çox sadədir. Təşkilatın əsasnaməsini qəbul edən Bakı Dövlət Universitetinin hər bir tələbəsi bu quruma üzv ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir

Təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək;

Təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;

Təşkilatın müdafiəsindən istifadə etmək;

Təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;

Təşkilata üzvlüyünü dayandırmaq və təşkilatdan çıxmaq.

  1. Təşkilatın üzvləri Əsasnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə onlar İdarə Heyəti və ya yerli təşkilatlar tərəfindən təşkilata üzvlükdən azad oluna bilərlər.
  2. Təşkilatın ən mühüm fəaliyyətlərindən biri də ondan ibarətdir ki, gündəlik qayğılarına qapanıb qalan istedadlı tələbəni gündəmə gətirir, onu ictimai fəaliyyətə cəlb edir. Həmin tələbəni mühüm elmi-ictimai bacarıq vərdişlərinə yiyələndirən təşkilat onu universitetin ən ali müstəvisinə qədər aktuallaşdırır. Komitə özünün 30 illik fəaliyyəti dövründə neçə-neçə istedadlı tələbəni universitetin gündəminə gətirməklə ictimaiyyətin diqqətinə çıxarmış və hamı onun qabiliyyətinə öz müsbət münasibətini bildirmişdir.
  3. Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər:

2019-cu il aprel döyüşlərində qazi olan hərbiçilərimizlə mütəmadi görüşlərin keçirilməsi.

1. Fakültə sədri: Əbilov Rəvan Müşfiq
2. I müavin: Muradov Sahil Natiq
3. Sədr müavini: Abbasova Nurcan Ağaismayıl
4. Sədr müavini: Cəfərli Nabatxanım İlham
5. Sədr müavini: Eyvazlı Aycan Aqil
6. Sədr müavini: Hocaeva Ləman Fuad

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət