Ölkədaxili əməkdaşlıq

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ölkədaxili müxtəlif dövlət qurumları, özəl və ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək professor-müəllim heyətin və tələbələr üçün geniş imkanlar təqdim edir. Həmçinin siyasi və iqtisadi sahələrində bilik və bacarıqlarını daha da inkişaf etdirmələri üçün şərait yaradır. Fakültə dövlət və özəl müəssisələrlə əməkdaşlıq edərək tələbələrə zəngin təcrübə imkanları təqdim edir. Eyni zamanda, ölkənin müxtəlif ali təhsil müəssisələri ilə qarşılıqlı akademik əlaqələri artırmağı hədəfləyir.

Fakültə dövlət və özəl müəssisələrin, iqtisadi və siyasi təhlil mərkəzlərinin nümayəndələri ilə birgə təşkil olunan seminarlar, konfranslar və panellər vasitəsilə tələbələrə aktual problemlər haqqında məlumat əldə etmək imkanı təqdim edir. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ölkənin digər universitetləri və tədqiqat mərkəzləri ilə birgə tədqiqat layihələri hazırlayaraq tələbələrin akademik tədqiqat bacarıqlarını artırır. Bu layihələr tələbələrə müasir dünyada baş verən siyasi və iqtisadi prosesləri dərindən mənimsəmələri və tədqiq etmələri üçün geniş imkan verir. Həmçinin fakültə daxilində tələbələrin iş dünyası ilə qarşılıqlı əlaqəsini artırmaq üçün müxtəlif tədbirlər təşkil edilir. Həyata keçirilən karyera günləri, iş yarmarkaları və müxtəlif tanınmış şirkət rəhbərlərinin ustad dərsləri vasitəsilə tələbələrin potensial işəgötürənlərlə görüşmək və əlaqə qurmaq imkanı yaranır.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin həyata keçirdiyi əməkdaşlıq sayəsində professor-müəllim heyəti və tələbələrə təhsildə zəngin təcrübə imkanları təqdim etməyi hədəfləyir. Həmçinin məzunları iş dünyası və akademik gələcək üçün uğurla hazırlayır. Tədris prosesinin innovativ metodlar əsasında qurulması, elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, eyni zamanda tələbələrin gələcəkdə işlə təmin edilməsi baxımından bu qurumlarla əməkdaşlıq oldquca əhəmiyyətlidir. Fakültə ölkədaxili əməkdaşlıqların qurulmasına (dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları) və mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. 

Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi aşağıda qeyd edilən müxtəlif dövlət qurumları, özəl və ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdədir.

  • Azərbaycan Respublikasının Milli Məclisi
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
  • Beynəlxalq Multikulturalizm Mərkəzi
  • Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
  • Azərbaycan Respublikasının Gənclər Fondu
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 
  • ADA Universiteti
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Dillər Universiteti
  • Xəzər Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti 
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət