"BDU könüllüləri" təşkilatı

"BDU Könüllüləri” təşkilatı 2019-cu ildən fəaliyyət göstərir. Hazırda təşkilat özündə 1000-ə yaxın könüllü tələbəni birləşdirir.

Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial layihələrin,  mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.

Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərir. Universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları ilə bağlı təcrübələr əldə edirlər.

Universitetin könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbir, sosial layihə və humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. Bunun bariz nümunəsi kimi Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyada 450-dən artıq BDU könüllüsü iştirak edib.

"BDU Könüllüləri" təşkilatı könüllülük sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Eyni zamanda gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə səy göstərir.

BDU-da könüllülk hərəkatının daha da genişləndirilməsi, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Bakı Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il 27 oktyabr tarixli iclasında könüllük proqramı və BDU-da könüllülük fəaliyyəti qaydaları təsdiq edilməklə “BDU könüllüləri” təşkilatına rəsmi status verilib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə könüllülərimizin əsas fəaliyyəti könüllü prinsiplərinin, təmənnasız xidmət və cəmiyyətə ortaq fayda məsələlərinin təşviqi, gənclər sahəsində əhəmiyyətli addımların atılması və gənclər arasındakı inteqrasiya prosesinin gücləndirilməsidir. Fakültəmiz daxilində “BDU könüllüləri” təşkilatı diplomatiya, beynəlxalq münasibətlər, xarici siyasət və onun təhlili, beynəlxalq mexanizmlərin nəzəri və praktiki formada öyrənilməsi kimi məsələlərin təşviqində böyük rol oynayır. Təşkilat fəaliyyətə başladığı gündən etibarən fakültə könüllülərinin böyük nəaliyyətləri olmuş, simulyasiyalar və müxtəlif tipli praktiki layihələr həyata keçirmişdir. 

Həmçinin, könüllülərimiz arasından bir çox gənc fakültə və universitetin müxtəlif struktur və bölmələrində təcrübə könüllüsü kimi fəaliyyət göstərərək həm öz biliklərini artırmaqla yeni biliklərə yiyələnir, həm də proseslərin aparılmasında dəstək göstərirlər. “BDU Könüllüləri” təşkilatının fakültə üzrə böyük və əhəmiyyətli uğurlarından biri də məhz aktiv fəaliyyəti ilə seçilən “Xarıbülbül” Diplomatiya Klubudur.


”Özündən başla, bu gün könüllü ol!”


“BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə heyəti:

Sədr:
Qasım Xəlilov Nəsimi oğlu

Sədr müavini:
Humay Nəbizadə Habil qızı

İdarə heyəti:
1. Aytac Süleymanlı Elçin qızı
2. ⁠Fidan Kərimli Rəşid qızı
3. ⁠Maya Əsədzadə Xəqani qızı
4. ⁠Ayan Cəfərli Fərhad qızı
5. ⁠İnci Hacızadə Elşən qızı

Elektron poçt ünvanı:
[email protected]

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət