Elmi-tədqiqat istiqamətləri və prioritetləri

1) Müasir beynəlxalq münasibətlərin aktual problemləri

a) Cənubi Qafqaz müasir beynəlxalq münasibətlər sistemində və Azərbaycan

b) Milli təhlükəsizlik siyasəti

c) Çoxqütblü dünyanın yaradılması problemi və perspektivləri

d) Müasir şəraitdə dövlətin ərazi bütövlüyü

 

2) Yeni dünya düzəninin formalaşması problemləri: mövcud durum və perspektivlər

a) Yeni dünya nizamında geosiyasi reallıqlar

b) Yen dünya nizamında etnosiyasi konfliktlər

c) Yeni dünya nizamında diplomatik ünsiyyətlər

d) Yeni dünya nizamında lobbiçilik məsələləri

 

3) Müasir dövrdə sosial-iqtasadi sistemlərin milli inkişaf strategiyası və  dövlətlərarası iqtisadi əlaqələr sistemində beynəlxalq ticarətin milli iqtisadiyyatlar üçün əhəmiyyəti

a) Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakı beynəlxalq ticarətin obyektiv əsası kimi amilini və BƏB-in üstünlüklərini qiymətləndirmək

b) Beynəlxalq ticarətdə əmtəə və xidmətlərin milli və beynəlmiləl dəyərlərə uyğun milli iqtisadi ehtiyacların ödənilməsində rolunu tədqiq etmək

c) Beynəlxalq ticarətdən ölkələrin iqtisadi maraqlarının təmin olunması və milli iqtisadi təhlükəsizlik problemlərinin reallaşdırılmasna diqqət yetirmək

 

4) Cəmiyyətin siyasi xarakteristikası və siyasi təsisatlar sistemi: nəzəri və praktiki (təcrübi) əsasları

a) Siyasət nəzəriyyəsi: nəzəri konseptual məsələlər

b) Siyasi institutlaşma prosesi və siyasi sistemlər

c) Dövlət idarəçiliyi və dövlət qulluğunun reallaşma mexanizmi: Azərbaycan nümunəsi

 

5) İqtisadi sistem və proseslərin riyazi-ekonometrik analizi

a) Mürəkkəb iqtisadi sistemin elementlərinin qarşılıqlı əlaqəsinin ekonometrik təhlili, iqtisadi göstəricilərin əvvəlki zaman anlarındakı qiymətlərindən və onlara təsir edən digər faktorların cari andakı və əvvəlki zaman periodlarındakı  qiymətlərindən asılılığının tədqiqi, eynizamanlı tənliklər sisteminin analizi, vektor avtoreqressiya modellərinin  real iqtisadi göstəricilərə tətbiqi

b) Vektor avtoreqressiya modelləri Azərbaycan Respublikasının makroiqtisadi göstəricilərinin qarşılıqlı əlaqələrinin öyrənilməsi, qeyri stasionar zaman sıraları üçün aparılacaq kointeqrasiya analizinin aparılması və iqtisadi göstəricilərin dinamikasının uzunmüddətli tarazlığının təmin olunması üçün ekonometrik əsaslandırılmış təkliflərin işlənilməsi

c) Azərbaycan Respublikasının tədiyyə balansının determinantlarının stabilləşdirilməsi üçün ümumiləşmiş vektor avtoreqressiya modellərinin qurulması, kointeqrasiya analizinin aparılması və dövlətin iqtisadiyyatın tənzimlənməsi üçün ekonometrik əsaslandırılmış təkliflərin işlənilməsi

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət