Beynəlxalq elmi əməkdaşlıq

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq beynəlxalq təcrübədən, qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanaraq, ölkəmizdə yeni nəsil yüksək ixtisaslı mütəxəssislərin hazırlanması qarşıda duran başlıca məqsədlərdən biridir.

Bu baxımdan, Bakı Dövlət Universitetində (BDU) tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılması məsələsinə xüsusi diqqət yetirilir və dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.

Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ABŞ, Kanada, İsveçrə, Rusiya, Almaniya, İtaliya, Polşa, Fransa, Türkiyə, Qazaxıstan və Qırğızıstanın bir sıra qabaqcıl elm və təhsil müəssisələi ilə sıx əməkdaşlıq edir. Fakültəmizdə müxtəlif kafedralardan olan  professor-müəllim heyəti xarici və yerli universitetlərdə keçirilən beynəlxalq və respublika konfranslarında iştirak edir. Fakültədə mütəmadi olaraq tələbə, magistrant, doktoran və professor-müəllim heyəti üçün impakt səviyyəli beynəlxalq jurnallarda məqalələrin nəşr edilməsinə dair təlimlər həyata keçirilir. Son illər Türkiyənin nüfuzlu universitetlərindən olan nümayəndə heyətləri ilə görüşlər təşkil olunub və birgə tədqiqat işləri, ikili diplom proqramı və bu kimi məsələlər üzrə danışıqlar aparılır. Qeyd edək ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ölkəmizdə yerləşən müxəlif diplomatik korpuslarla geniş əməkdaşlıq həyata keçiri. Fakültəmiz təhsilin beynəlxalq standartlara cavab verməsi üçün müxtəlif universitetlər ilə əməkdaşlığı daim diqqət mərkəzində saxlayır. 

Diqqətinizə çatdırırıq ki, iqtisadiyyat və idarəetmə sahəsində hərtərəfli təhsili və biliyi olan, müasir düşüncəyə sahib, işgüzar münasibətlərin qurulması və təhlilinin müasir metodlarını bilən və onları real olaraq tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanması məqsədi ilə BDU və ABŞ-ın Linkoln Universiteti (Loncoln University) arasında BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes inzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı hazırlanmışdır.

Beynəlxalq münasibətlər sahəsində hərtərəfli təhsili və biliyi olan, müasir düşüncəyə sahib, diplomatik münasibətlərin qurulması və təhlilinin müasir metodlarını bilən və onları real olaraq tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanması məqsədi ilə BDU və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və UBİS-nin Beynəlxalq münasibətlər üzrə magistratura (MA-IR) proqramı bazasında Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramı hazırlanmışdır. Həmçinin 2022-ci ildən etibaran bakalavriat səviyyəsi üzrə beynəlxalq münasibətlər ixtisası üzrə BDU və Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında ikili diplom proqramı bağlanmışdır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət