AYTƏN QURBANOVA

AYTƏN QURBANOVA

AYTƏN QURBANOVA

Müəllim

Tel.: (+99412) 539-04-59

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

Bakı şəhəri Nərmanov rayonu 47 saylı tam orta məktəbi yüksək nəticələr ilə bitirmişdir.

1993-cü ildə Bakı şəhəri Səbail rayonu 132 nömrəli tam orta məktəbdə ibtidai təhsil almışdır.

10 may 1987-ci ildə Şirvan şəhərində anadan olmuşdur.

TƏHSİLİ

2013-h/h – Dissertantura, Beynəlxalq münasibətlər, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutu (Mövzu: Beynəlxalq münasibətlərdə konfliktlərin fərqli cəhətləri və xüsusiyyətləri)

2009-2011 – Magistratura, Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti, Bakı Dövlət Universiteti (fərqlənmə diplomu)

(Mövzu: Müasir beynəlxalq münasibətlərdə su problemi beynəlxalq təhlükəsizliyə hədə kimi, tədqiqat mövzusu)

2004-2008 – Bakalavr, Beynəlxalq münasibətlər, Bakı Dövlət Universiteti (fərqlənmə diplomu)

(Mövzu: Azərbaycan Diasporu: fəaliyyəti, əsas istiqamətləri və perspektivlər)

1993-2004 – Nərimanov rayonu, 47 saylı orta məktəb

ƏMƏK FƏALİYYƏTİ

2012-h/h – Müəllim, Beynəlxalq münasibətlər kafedrası, Bakı Dövlət Universiteti

2013-2014 – Elmi işçi, Beynəlxalq əlaqələr şöbəsi, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutu

2012-2013 – Elmi işçi, Din və ictimai təhlükəsizlik şöbəsi, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutu

2010 – Stajor, Xarici siyasətin təhlili şöbəsi, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi

2008 – Stajor, Tarix-Arxiv İdarəsi/Konsulluq idarəsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  1. 2-3 May 2019 İştirakçı, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycan hökuməti, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO, Bakı, Azərbaycan
  2. Mar. 02- 03 2019 İştirakçı, Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE)“ layihəsi çərçivəsində “Məcburi Miqrasiya” mövzusunda  keçilmiş mühazirələr, ICDMP, Bakı, Azərbaycan
  3. 10-14 Dek. 2018 İştirakçı, “Diaspora, etnik azlıqlar və miqrasiya məsələləri” mövzusunda Polşa Respublikasının Daxili İşlər və Administrasiya Nazirliyi və Avropa İttifaqı ilə birgə həyata keçirilən MSİBM MOBILAZE layihəsi çərçivəsində təlim səfəri, Varşava, Polşa Respublikası
  4. Apr.- İyun 2017 İştirakçı, Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE)“ layihəsi çərçivəsində “Miqrasiya” mövzusunda  keçilmiş mühazirələr, ICDMP, Bakı, Azərbaycan
  5. 28-30 Okt.2014 Ekspert/İştirakçı, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum , BMT Baş Katibinin Gənclər üzrə Elçisi, BMTİP, YUNESKO, Avropa Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
  6. 05 Avq. 2014 Təşkilatçı, Beynəlxalq konfrans, "NATO-nun 2014-cü il UELS Sammiti: Proqnozlar və perspektivlər", Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyi  və AMEA İnsan Hüquqları İnstitutu
  7. İyun-İyul 2014 İştirakçı, “İslam, İmperiya və Enerji: Azərbaycan və Müasir Dünya” mövzusunda  Princeton Qlobal Seminarlar seriyası, Xəzər və Prinston Universitetlərinin birgə layihəsi
  8. 10 İyun 2014 Təşkilatçı, Beynəlxalq konfrans, "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AMEA İnsan Hüquqları İnstitutu
  9. 10 Aprel  2014 Təşkilatçı, Beynəlxalq konfrans, "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları,  Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı və AMEA İnsan Hüquqları İnstitutu
  10. 09 Aprel 2014 İştirakçı, Seminar, "Qlobal Miqrasiya – Müasir proseslər və  gələcək ssenarilər" Xəzər Universiteti
  11. 18 Dek. 2013 İştirakçı, Beynəlxalq konfrans, NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları, AMEA İnsan Hüquqları İnstitutu
  12. 13 Okt.  2013 İştirakçı, Seminar, "Patensialın artırılması və Beyin köçü", Yaponiya Nippon Fondu                                                                         
  13. 12 Dek. 2012 İştirakçı, Beynəlxalq konfrans, "Qloballaşan dünyada insan hüquqları", Bakı Dövlət Universiteti
  14. 14-15 Noy. 2012 Təşkilatçı, Beynəlxalq konfrans,  "Din və etiqad azadlığı: Hüquqi, siyasi və ictimai aspektlər", Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və AMEA İnsan Hüquqları İnstitutu

QRANT VƏ SERTİFİKATLAR

  1. 2013 - Üzvlük Sertifikatı, "Beynəlxalq Müəllimlər Forumu”, YUNESKO
  2. 7-14 May 2017 Qrant, Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilən ERASMUS+ Proqramı çərçivəsində “Migration, Arab Spring and European Crisis” mövzusunda  mühazirələrin təşkili, Pavia Universiteti, İtaliya
  3. 8 May 2017 Qrant, Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilən ERASMUS+ Proqramı çərçivəsində MİGRAT.IN.G layihəsi çərçivəsində “Migration after the Arab Spring: A Middle Eastern Perspective” mövzusunda seminarın təşkili, Pavia Universiteti, İtaliya
  4. Apr-İyul 2015 Qrant, 6-cı Qrant Müsabiqəsi Layihə rəhbəri, “Tarixi və mədəni irsimiz qürur mənbəyimizdir!” adlı  layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu
  5. Okt. 2014 Qrant, 5-ci Qrant Müsabiqəsi Təlimçı, “İctimai davranış qaydalarının təbliğinə məktəblərdən başlayaq” adlı layihə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu
  6. Mart  2014 - Qrant, İkinci “Şuşa Qrantı” Müsabiqəsi
  7. Mart  2015 “Azərbaycan SSR-də ərazi məsələləri” adlı layihə Elmin İnkişaf Fondu və Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası
  8. 9-11 Sent. 2014 Sertifikat, "Beynəlxalq Miqrasiya Hüququ (BMH)” and "BMH təlim metodologiyası” üzrə təlim, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT)
  9. 5 Noy.-5 Dek. 2013 Sertifikat, "Beynəlxalq təşkilatlar və institutlar” üzrə online mühazirələr ABŞ Səfirliyinin Amerika Araşdırmalar İnstitutu
  10. 20-24 Avq. 2012 Sertifikat, Müəllimlərin bioetika üzrə təlim kursu, YUNESKO

TƏDQİQAT SAHƏSİ

  • Orta Şərqdə təhlükəsizlik məsələləri
  • Cənubi Qafqazda dəyişən güc balansı və Türkiyənin rolu
  • Beynəlxalq miqrasiya problemləri

TƏDRİS ETDİYİ FƏNLƏR

  • XX əsrin I yarısında beynəlxalq münasibətlər
  • Ən yeni dövrdə beynəlxalq münasibətlər
  • Türkiyə müasir beynəlxalq münasibətlər sistemində
  • Yaxın və Orta Şərqdə təhlükəsizlik məsələləri
  • Yaxın və Orta Şərq və qloballaşma prosesləri
  • BM-in metod və metodologiyası
  • Dünya siyasətində resurs amili
  • Qloballaşma və siyasi proseslər

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. “Azərbaycan Cumhuriyyətinin gizli qəhrəmanları: Behbud Xan Cavanşir”, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə  həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı Dövlət Universiteti, 2018, məqalə.
  2. “BMT-nin metod və metodologiyası” (azərbaycan və ingilis dillərində), Magistr pilləsi üçün. Bakı, 2017, fənn proqramı (həmmüəllif)
  3. “Dünya siyasətində resurs amili” (azərbaycan dilində), Magistr pilləsi üçün. Bakı, 2018, fənn proqramı (həmmüəllif)
  4. “Sovet respublikalarının yaradılmasından sonra Cənubi Qafqazda ərazi dəyişiklikləri” (ikinci məqalə), Sivilizasiya elmi-nəzəri jurnal, Cild 6, N1 2017 (33), məqalə (həmmüəllif)
  5. “Sovet respublikalarının yaradılmasından sonra Cənubi Qafqazda ərazi dəyişiklikləri” (birinci məqalə), Sivilizasiya elmi-nəzəri jurnal, Cild 5, N4 2016 (32), məqalə (həmmüəllif)
  6. “Mədəni irsin qorunması üzrə beynəlxalq hüquqi vasitələr”, 2014, tezis (həmmüəllif)
  7. “Dini dözümsüzlük və ekstremizm problemlərinə İslam prizmasından yanaşma”, məqalə, Dirçəliş XXI əsr, 180/181, s. 298-310, 2014, məqalə (həmmüəllif)
  8. “Qloballaşma və insan hüquqları”, 2013, məqalə.
  9. “Azərbaycan Respublikasının “balanslaşdırma siyasəti”ndə Çin”, 2013, tezis.
  10. “İran və Rusiyanın nüvə siyasəti: strateji tərəfdaşlıq yoxsa ümumi düşmənə qarşı ittifaq”, 2013, məqalə (həmmüəllif)
  11. “Xocalı soyqırımı və beynəlxalq hüquqda soyqırım cinayəti”, 2013, tezis.
  12. “Su probleminin Yaxın və Orta Şərqdəki dövlətlərarası münasibətlərə təsiri”, 2012, məqalə.
  13. “Orta Şərqdəki sülh prosesində su problemi”, 2012, məqalə.
  14. “Türkiyənin Orta Şərq siyasəti, onun qlobal və regional təsirləri”, 2011, məqalə.
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət