RAUF HƏSƏNOV

RAUF HƏSƏNOV

RAUF HƏSƏNOV

Tarix üzrə fəlsəfə doktoru, dosent

Tel.: (+99412) 539-04-59

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1984-cü il yanvar ayının 14-də Gəncə şəhərində anadan olmuşdur.

1990-2000-ci illərdə Gəncə şəhəri, 7 saylı məktəbdə təhsil almışdır.

2000-2004-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə həmin ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

2005-2007-ci illərdə Almaniyanın Bonn, Saarbrükken və Drezden Texniki Universitetlərində müxtəlif proqramların məzunu olub.

2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Türk və Qafqaz xalqları kafedrasının əyani doktorantı olub.

2009-2015-ci illərdə müxtəlif layihələrdə layihə meneceri vəzifələrində çalışıb.

2020-2021-ci illərdə İtaliyanın Bergamo Universitetinin "Radikallaşmanın, terrorizmin qarşısının alınması və ona qarşı mübarizə, beynəlxalq inteqrasiya və təhlükəsizlik siyasəti" üzrə peşəkar magistr proqramını fərqlənmə diplomu ilə bitirib"

2015-2019-cu illərdə Qərbi Kaspi Universitetinin müəllimi, İnnovasiyalar Mərkəzinin direktoru, Humanitar və sosial məsələlər üzrə prorektoru vəzifələrində çalışıb.

2019-2020-ci illərdə Fulbright Visiting Scholar proqramı ilə ABŞ-ın Austin şəhərində Texas Universitetində çalışıb.

2020-cü ildən Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. “Beynəlxalq münasibətlər kafedrasının” dosentidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI

2011-ci il - Tarix üzrə fəlsəfə doktoru,

2020-cü il - Dosent

ƏMƏK FƏALİYYƏTİ

2005-2015-ci illərdə Alman dilindən tərcüməçi kimi fəaliyyət göstərib.

2015-2019-cu illərdə Qərbi Kaspi Universitetinin müəllimi, İnnovasiyalar Mərkəzinin direktoru, Humanitar və sosial məsələlər üzrə prorektoru vəzifələrində çalışıb.

2019-2020-ci illərdə Fulbright Visiting Scholar proqramı ilə ABŞ-ın Austin şəhərində Texas Universitetində çalışıb.

2020-cü ildən Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. “Beynəlxalq münasibətlər kafedrasının” dosentidir.

TƏDRİS ETDİYİ FƏNLƏR

  • “Beynəlxalq münasibətlər nəzəriyyəsi”
  • “Beynəlxalq münasibətlərin aktual problemləri”
  • “Yaxın və Orta Şərq ölkələri böyük dövlətlərin siyasət sistemində

TƏDQİQAT SAHƏSİ

Beynəlxalq münasibətlər:  Cənubi Qafqazda münaqişələr, Terrorizm.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSDA İŞTİRAK

  1. 2017 Sentyabr - Avro-Asiya İqtisadi forumu 2017, 21- 22 Sentyabr 2017, Sian, Çin Xalq Respublikası
  2. 2016 Noyabr – Ətraf mühit, Sağlamlıq və Mobillik üzrə beynəlxalq gənclər konfransı, Vyana, Avstrya
  3. 2007 Avqust – Mərkəzi Avropa 1989-cu ildən sonra, DAAD Yay akademiyası, Drezden Texniki Universiteti, Drezden, Almaniya
  4. 2007 İyul – Beynəlxalıq mədəni əlaqələr və sərhəd bölgələrində dil siyasəti, DAAD Yay akademiyası, Saar Universiteti, Saarbrüken, Almaniya

MƏQALƏLƏR

  1. “Dəyişən dünyaya uyğunlaşma: “Enerji təhlükəsizliyində alternativ enerji mənbələrinin yeri.” Təhdidlər və İmkanlar”, Bakı, Qərbi Kaspi Universiteti, Elmi Xəbərlər, Humanitar Elmlər Seriyası - 2, 2017, Səh. 85-90
  2. "Müasir Avropa və İslam: demokratiya və dünyəvilik problemi", „Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri“ mövzusunda beynəlxalq elmi konfransın materialları”, 1-2 Juli 2017, Səh. 217-219
  3. “Müharibə dövründə qadınlar və zorakılıq”, Bakı, Qərbi Kaspi Universiteti, Elmi Xəbərlər, Humanitar Elmlər Seriyası- 1, 2016, Səh. 57-62
  4. “Gürcüstan-Rusiya müharibəsinin Cənubi Qafqaz regionuna təsiri”, Ankara, YOM, Türk Dünyası Kültür Dərgisi – 23, 2011, Səh. 94-101
  5. “2008-ci il Rusiya-Gürcüstan müharibəsi”, Bakı, Tarix və onun problemləri – 4, 2010, Səh. 179-183
  6. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları”, Naxçıvan, AMEA-nın Naxçıvan filialı, Elmi Xəbərlər, Sosial və Humanitar Elmlər seriyası - 3, 2009, Səh. 15-21
  7. “Gürcüstanda etnik separatizm problemi”, Tiflis, Tiflis Dövlət Universiteti, Qafqazşünaslıq İnstitutu, Qafqaz xəbərləri – 1, 2009, Səh. 396-405
  8. “Gürcüstan- Osetin münaqişəsi”, Bakı, Tarix və onun problemləri – 1-2, 2009, Səh. 261-270
  9. “Gürcü-abxaz münaqişəsi”, Baku, Pedaqoji Universitetin Xəbərləri, Humanitar Elmlər seriyası– 3, 2009, Səh. 95-104
  10. “Dağlıq Qrabağ və Gürcü-Abxaz münaqişələri (Etnogenezis problemi)”, Bakı, BDU-nun Xəbərləri, Humanitar elmlər seriyası- 2, 2000, Səh. 125-131
  11. “İri dövlətlərin Cənubi Qafqazda maraqları regiondakı münaqişələr fonunda” Naxçıvan, Naxçıvan Dövlət Universiteti, Elmi Xəbərlər – 5 (25), 2008, Səh. 285-290
  12. "Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in rolu", Bakı, Tarix və onun problemləri – 4, 2007, Səh. 218-226
  13. “Rusiyanın Cənubi Qafqazdakı maraqları Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri fonunda”, Bakı, Tarix və onun problemləri – 2, 2007, Səh. 175-183
  14. “SSRİ-nin dağılmasından sonra Azərbaycan-Türkiyə əlaqələri”, Bakı, Tarix və onun problemləri– 3, 2005, Səh. 146-149

KİTABLAR

  1. Cənubi Qafqazda separatizm problem (1988-2008) Dərs vəsaiti   Bakı, Qərbi Kaspi Universiteti - 2017
  2. "Müasir dövrdə Qafqazda geosiyasi proseslər" Fənn proqramı, Bakı, Qərbi Kaspi Universiteti – 2017
  3. Azərbaycanda alman izləri “, Monoqrafiya, İstanbul, Heydər Əliyev Fondu, Mega Basim - 2014, Müəllif Prof.Dr.Eva Maria Auch, Redaktor: Rauf  Hasanov
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət