QISA BİOQRAFİK MƏLUMAT
1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1987-1994-cü illərdə Bakı şəhəri 207 saylı məktəbdə, sonra isə 1994-1997-ci illərdə Bakı şəhəri 43 saylı məktəb-lisey kompleksində təhsil almışdır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini Beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2001-2003-cü illərdə Beynəlxalq münasibətlər ixtisası üzrə Bakı Dövlət Universitetində magistratura təhsili almışdır.
2011-ci ildən Beynəlxalq münasibətlər kafedrasının “Beynəlxalq münasibətlər” ixtisası üzrə dissertantı olmuşdur.
ƏMƏK FƏALİYYƏTİ
2006-2018-ci illər ərzində Bakı Dövlət Univesitetinin Beynəlxalq münasibətlər kafedrasında böyük laborant vəzifəsində calışmışdır.
2018-ci ildən Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi fəaliyyət göstərir.
TƏDQİQAT SAHƏLƏRİ
- Müasir münaqişələr
- Konfliktologiya (münaqişələrin nəzəriyyəsi)
- Siyasi münaqişələr
- Hərbi münaqişələr
- Beynəlxalq münaqişələr
- Beynəlxalq terrorizm
- Beynəlxalq münasibətlər tarıxı yeni dövr
- Beynəlxalq münasibətlər tarixi ən yeni dövr
- Beynəlxlaq münasibətlərin proqnozlaşdırılması
TƏDRİS ETDİYİ FƏNLƏR
- Müasir münaqişələr və sülh prosesi
- Beynəlxalq münasibətlər tarixi
- Karyera planlaması
DİL BİLİKLƏRİ
Azərbaycan, ingilis, rus və türk dillərini bilir.