HABİL ASLANOV

HABİL ASLANOV

HABİL ASLANOV

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Tel.: (+99412) 538-41-77

QISA BİOQRAFİK MƏLUMAT

1966-ci il iyunun 9-da Ağdam rayonu Çıraqlı kəndində anadan olub.
1974-1984-cu illərdə Şuşa şəhər 2 saylı Riyaziyyat təmayüllü orta internat məktəbində oxuyub.
1984-1990-ci illərdə Leninqrad Maliyyə-İqtisad İnstitutun Bakı filialında Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində təhsil alıb.
1984-1986- ci illərdə Rusiya Federasiyasında Kalinin vilayətində hərbi xidmətdə olub.
1990-cı ildən BDU-da çalışır.
Ailəlidir, iki övladı var.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1998, iqtisad elmləri-namizədi, “ Ümumi daxili məhsulun fond tutumu və onun aşağı salınmasının bazar mexanizmi ”.
1984-1990, tələbə Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsi N.A. Voznesensk ad Leninqrad Maliyyə-İqtisad İnstitutun Bakı filialında.

 

ƏMƏK FƏALİYYƏTİ

1990-1994 BDU-nun plan maliyyə şöbəsində iqtisadçı, aparıcı iqtisadçı.
1995-1996 BDU-nun Azad həmkarlar ittifaqı komitəsində baş mühasib.
1997-1999 BDU-nun “ İqtisadi nəzəriyyə ” kafedrasında müəllim.
1999-2006 BDU-nun “ Beynəlxalq iqtisadi əlaqələr və idarəetmə ” kafedrasında baş müəllim, dosent.
2006-dan hal hazırda BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin “Beynəlxalq iqtisadi münasibətlər ” kafedrasında dosent.
Apardığı dərslər: Beynəlxalq iqtisadi münasibətlər, Maliyyə və kredit, Dövlətin vergi siyasəti, Xarici iqtisadi fəaliyyətin vergi tənzimləməsi, Xarici iqtisadi fəaliyyətin valyuta tənzimləməsi. 15 elmi məqalənin, 8 tədris proqramının, 2 metodik göstərişin, 1 kitabın (dərslik) müəllifidir.

 

TƏDQİQAT SAHƏSİ

Dünya iqtisadiyyatı, Beynəlxalq iqtisadi münasibətlər, Xarici iqtisadi fəaliyyətin tənzimləməsi.

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2001. Bakı, Azərbaycan: “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 10 illiyinə həsr olunmuş elmi konfrans”.
2003. Bakı, Azərbaycan: “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi konfrans”.
2003. Bakı, Azərbaycan: Azərbaycan Respublikası qloballaşma prosesində BM və BH fakültəsində elmi konfransı.
2004. Bakı, Azərbaycan: “Heydər Əliyev və dünya siyasətinin aktual problemləri ” mövzusunda konfrans.
2004. Bakı, Azərbaycan: BDU-nun 85 illiyinə həsr olunmuş elmi konfrans.
2008. Bakı, Azərbaycan: “ Heydər Əliyev müasir Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin banisidir ” mövzusunda elmi praktik konfrans.

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

2003, Azərbaycan Respublikasında gömrük nəzarətinin təkmilləşdirilməsi yolları.
2003, Dünya təsərrüfatı sistemində valyuta tənzimləməsi.
2004, Azərbaycanın xarici iqtisadi fəaliyyətində valyuta tənzimləməsi.
2004, Valyuta siyasəti və dövlətin qızıl valyuta ehtiyatlarının idarə edilməsi.
2005, Azərbaycanın beynəlxalq neft layihələrinin iqtisadi reallaşdırılması və dünya təsərrüfat əlaqələrində onun rolu.
2006, Dövlətin xarici iqtisadi fəaliyyəti, onun tənzimlənməsinin mexanizmləri və dünya təcrübəsi.
2007, Qloballaşma şəraitində milli iqtisadi təhlükəsizliyin təmin edilməsi problemləri.
2008, Avropa İqtisadi birliyinin valyuta sisteminin yaranması və inkişaf mərhələləri.
2008, Xarici iqtisadi fəaliyyətdə valyuta münasibətləri və onların tənzimlənməsi mexanizmləri.
2008, Azərbaycan milli iqtisadiyyatının inkişafında gömrük tariflərinin rolu.
2008, Qloballaşma şəraitində beynəlxalq iqtisadi inteqrasiya proseslərinin xüsusiyyətləri.
2004, “ Maliyyə və kredit ” fənni üzrə tədris proqramı.
2004, “Maliyyə və kredit ” fənni üzrə metodiki göstəriş.
2005, “ Beynəlxalq iqtisadi münasibətlər” fənni üzrə tədris proqramı.
2007, “ Gömrük ekspertizası ” fənni üzrə tədris proqramı.
2007, “ Xarici iqtisadi fəaliyyətdə valyuta tənzimlənməsi problemləri” magistr hazırlıq üzrə tədris proqramı.
2007, “Xarici iqtisadi fəaliyyətdə vergi tənzimlənməsi ” magistr hazırlıq üzrə tədris proqramı.

 


KİTABLAR

 

2008, Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi. Dərslik. 20.ç.v

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət