QISA BİOQRAFİK MƏLUMAT
1995-cı il 4 may tarixində Ağdam rayon Mahrızlı kəndində anadan olub.
2001-2002-ci illərdə Ağdam rayon R.Məmmədov adına Mahrızlı kənd orta məktəbində təhsil alıb.
2002-2009 -cu illərdə Kəlbəcər rayon 20 saylı orta məktəbində oxuyub.
2009-2012-ci ildə Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyində təhsil alıb, liseyi “Fəxri Fərman” və “Təhsildə xüsusi nailiyyətlərə görə” medalı ilə bitirib.
ƏMƏK FƏALİYYƏTİ
2020-ci ildən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasında müəllim vəzifəsində çalışır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasının bakalavr pilləsində təhsil alıb.
2016 -cı ildə Qafqaz Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasının magistr pilləsinə daxil olmuşdur.
2018-ci ildə Bakı Mühəndislik Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasının magistr pilləsini bitirmişdir. Dissertasiya mövzusu “Azərbaycan Respublikasında kənd yerlərinin inkişafının sosial-iqtisadi inkişafdakı rolu” olmuşdur.
Hazırda BDU-nun Dünya iqtisadiyyatı kafedrasının doktorantıdır. “Müasir Çin iqtisadiyyatının xüsusiyyətləri və inkişaf perspektivləri” mövzusunda dissertasiya işi üzərində çalışır.
TƏDQİQAT SAHƏSİ
- Beynəlxalq ticarət
- Logistika
- Beynəlxalq iqtisadi münasibətlər
==TƏDRİS ETDİYİ FƏNLƏR==
- Mühasibat uçotu
- Audit
- Logistikanın əsasları
- Ölkənin xarici iqtisadi fəaliyyəti
- Beynəlxalq investisiya əməliyyatları
- İnternational commerce
SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
“Dünya Təcrübəsində Kənd Yerlərinin İnkişaf Siyasəti və İnkişafın Strateji Məqsədləri”, Bakı Mühəndislik Universiteti - Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı. Bakı – 2018.
“Heydər Əliyev və Azərbaycan-Çin münasibətləri”, Bakı Dövlət Universiteti – “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq, Dövlətçilik və Diplomatik İrsi” mövzusunda Elmi-praktiki Konfrans. Bakı – 2019.
“Çində xüsusi iqtisadi zonaların inkişafının qiymətləndirilməsi”, Bakı Mühəndislik Universiteti – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı. Bakı – 2019.
“Çində mühasibat uçotu standartlarının tətbiqi problemləri ”, Sumqayıt Dövlət Universiteti – “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda Beynəlxalq Konfrans. Sumqayıt – 2020.
“Qarabağın işğalının Azərbaycan üçün iqtisadi nəticələri”, Bakı Dövlət Universiteti – “Qarabağ zəfərinin hüquqi, tarixi və iqtisadi müstəvidə təhlili” mövzusunda Elmi-praktiki Konfrans. Bakı – 2021.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Rüstəmov X.Q., “Çinin yeni iqtisadi inkişaf strategiyasının spesifik xüsusiyyətləri”, «İpək yolu» jurnalı, No.4, səh.64-71. Bakı – 2019.
- Rüstəmov X.Q., Bağırova G.B., “Çinin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün iqtisadi nəticələrinin analizi”, «İpək yolu» jurnalı, No.4, səh. 12-19, Bakı – 2020.