QISA BİOQRAFİK MƏLUMAT
1987-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1993-2004-cü illərdə Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsil almışdır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2008-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2008-2010-cu illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Almaniyanın Kassel Universitetində Qlobal siyasi iqtisadiyyat ixtisası üzrə magistratura təhsili almışdır.
2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə dissertantı olmuşdur.
ƏMƏK FƏALİYYƏTİ
Əmək fəaliyyətinə 2006-cı ildə AYAFE (Association of Young Azerbaijani Friends of Europe) təşkilatında tərcüməçi kimi başlamış, daha sonra Gənclər üçün Təhsil Mərkəzi, Alman-Azərbaycan Dialoq Platformu kimi qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır.
2017-ci ildən etibarən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində müəllim olaraq çalışmaqdadır.
TƏDQİQAT SAHƏLƏRİ
- Yaxın və Orta Şərq regionu beynəlxalq münasibətlər sistemində
- ABŞ-ın Yaxın və Orta Şərq siyasəti
- Türkiyənin Yaxın və Orta Şərq siyasəti
- Cənubi Qafqazda siyasi proseslər
- Etnosiyasi münaqişələr
- Beynəlxalq təhlükəsizlik problemləri
- Beynəlxalq münasibətlər nəzəriyyəsi
- Azərbaycanın xarici siyasəti
- Post-Sovet məkanında beynəlxalq münasibətlər
- Beynəlxalq terrorizm və onunla mübarizə üsulları
TƏDRİS ETDİYİ FƏNNLƏR
- Azərbaycan Respublikasının Xarici Siyasəti (ingilis bölməsi)
- Diplomatik Protokol (ingilis bölməsi)
- Beynəlxalq Təhlükəsizlik (ingilis və Azərbaycan bölməsi)
- Etnosiyasi Münaqişələr (ingilis bölməsi)
- Münaqişələrin nizamlanması prosesi (ingilis bölməsi)
- Diplomatik və Konsulluq xidməti (ingilis bölməsi)
- Avro-Atlantik Təhlükəsizlik Problemləri (ingilis bölməsi)
QRANT VƏ SERTİFİKATLAR
- Gürcüstan, Türkiyə, Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, Belçika, Avstriya və İtaliyada müxtəlif təlim, seminar və konfranslarda iştirak etmişdir.
- 2021-ci ildə Vətən müharibəsi dövründə informasiya cəbhəsində Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirakına görə Bakı Dövlət Universitetinin Təşəkkürnaməsi ilə təltif edilmişdir.
- 2022-ci ildə ADA universitetinin “4th Early Career Researchers Training School” adlı təlimində iştiraka görə sertifikat almışdır.
SEÇİLMIŞ ƏSƏRLƏRİ
- Religious conflicts in the modern system of international relations, “Sosial, iqtisadi və siyasi sferaların qarşılıqlı təsir problemləri” mövzusunda Respublika səviyyəli elmi-praktiki konfransın materialları, Bakı, 2016.
- Beynəlxalq təşkilatlara nəzəri baxışlar, “Sosial, iqtisadi və siyasi sferaların qarşılıqlı təsir problemləri” mövzusunda Respublika səviyyəli elmi-praktiki konfransın materialları, Bakı, 2016.
- Amerika Birləşmiş Ştatlarının İraqa müdaxiləsində lobbi qruplarının rolu, “Siyasi-iqtisadi sabitlik və ölkənin inkişaf perspektivləri” mövzusunda Respublika səviyyəli elmi-praktiki konfransın materialları Bakı, 2017.
- A theoretical analysis of the Saudi Arabia-Iran rivalry in the Middle East region: Social-constructivism and structural realism, “Beynəlxalq turizmə innovativ yanaşmaların siyasi və iqtisadi aspektləri” mövzusunda Respublika səviyyəli elmi-praktiki konfransın materialları, Bakı, 2017.
- Türkiyənin müasir Yaxın və Orta Şərq siyasətinin nəzəri təhlili: izolyasionizmdən Yeni Osmanlıcılığa transformasiya və onun hazırkı nəticələri, “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan Respublikasında cəmiyyətin intellektual, siyasi resurslarının müstəqil dövlət quruculuğunda səmərəli iştirak prioritetləri” mövzusunda Respublika səviyyəli elmi-praktiki konfransın materialları, Bakı, 2018.
- Amerika Birləşmiş Ştatlarının xarici siyasəti və Yəhudi lobbisi, “Cəmiyyətin informasiyalaşmasının dövlətin daxili və xarici siyasətinə təsirinin iqtisadi, siyasi və sosial aspektləri” Respublika səviyyəli elmi-praktiki konfransın materialları, Bakı, 2018.
- Türkiyənin müasir Yaxın və Orta Şərq siyasətinə sosial-konstruktivist baxış, “Cənubi Qafqazda siyasi-diplomatik və iqtisadi proseslər” mövzusunda Respublika səviyyəli elmi-praktiki konfransın materialları, Bakı, 2019.
- Terrorism as the main threat to international security: theoretical-conceptual approach, İqtisadi və Siyasi Elmlər Jurnalı, Bakı, 2019.
- Развитие информационного общества в Азербайджанской Республике: опыт взаимодействия государства, религиозных и общественных институтов, “Развитие информационного общества в Азербайджанской Республике: опыт взаимодействия государства, религиозных и общественных институтов” mövzusunda Beynəlxalq səviyyəli elmi-praktiki konfransın materialları, Bakı, 2021.
- Türkiyənin müasir Yaxın və Orta Şərq siyasətinə realizm perspektivindən baxış: xarici siyasətdə “Yeni Osmanlıçılıq”dan “Realpolitik”ə transformasiya və onun hazırkı nəticələri, Geostrategiya jurnalı, Bakı, 2022.
- Türkiyənin müasir Yaxın və Orta Şərq siyasətinə Türkiyə-İran münasibətləri prizmasından baxış, Tarix və onun Problemləri jurnalı, Bakı, 2022.
- Türkiyənin müasir Yaxın və Orta Şərq siyasətinə Türkiyə-Suriya münasibətləri prizmasından baxış, Geostrategiya jurnalı, Bakı, 2022.
- A review of theoretical approaches to the Middle East policy of Turkey in the modern period, The XXXVI International Scientific Symposium"Multidisciplinary Studies of the Turkish World"dedicated to the 125th anniversary of the famous TurkologistAmin Abid GultekinThe 25th of March 2023Eskishehir / Türkiye,UZUN DİJİTAL MATBAA, Ankara, 2023.
- Türkiyənin müasir Yaxın və Orta Şərq siyasəti və “Strateji Dərinlik” konsepsiyası, Geostrategiya jurnalı, Bakı, 2023.
DİL BİLİKLƏRİ
Azərbaycan, ingilis, fransız, alman, rus və türk dillərini bilir.