Kafedranın tarixi

Beynəlxalq münasidətlər kafedrası haqqında

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Sovet imperiyası döv­ründə azərbaycanlı diplomat kadrlar olduqca az idi. Yaranmış boşluğu aradan qaldırmaq üçün 1991-ci ildən etibarən BDU-da Beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrası fəaliyyətə başlamışdı. Bu kafedranın yaradılması və inkişafı professor Ağalar Nəri­man oğlu Abbasbəylinin adı ilə bağlıdır. Yarandığı gündən kafedraya prof. A.N.Abbasbəyli rəhbərlik edir.Prof. A.N.Abbasbəyli M.V.Lomonosov adına MDU-nun tələbəsi, aspirantı, sta­joru və doktorantı olmuşdur. O, tarix elmləri doktoru, tarix və beynəlxalq münasibətlər ixtisası üzrə professordur.

Prof. A.N.Abbasbəyli 1962-ci ildən bu günə qədər elmi fəaliyyətlə məşğul olmuş, zəngin yaradıcılıq yolu keçmişdir. Göstərilən dövr ərzində o 500-dən çox elmi əsərin, o cümlədən 40 monoqrafiyanın, 18 dərsliyin, 15 dərs və metodik vəsaitin, 30 fənn proqramının müəllifi olmuşdur. Prof. A.N.Abbasbəylinin rəhbərliyi ilə 40 fəlsəfə və elmlər doktoru hazırlanmışdır.

O, müxtəlif illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq əlaqələr kafedrasının yaradıcısı və uzun müddət müdiri olmuş, müxtəlif dövlət və partiya vəzifələrində çalışmış, Azərbaycan Kommunist Partiyası Təftiş Komitəsinin sədr müavini (1981-1991), Azərbaycan Kommunist Partiyasının Bakı şəhərinin Partiya Komitəsinin Katibi (1980-1987), Təhsil naziri (1987-1988) və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (1998) üzvü olmuşdur.

Hazırda Beynəlxalq münasibətlər kafedrasında professorlar t.e.d. Ağalar Nəriman oğlu Abbasbəyli, t.e.d. Zeynalabdin Mədət oğlu Həsənəliyev, s.e.d. Ramiz Məmmədəli oğlu Sevdimalıyev, dosentlər f.e.n. Yaqub Məliş oğlu Vəliyev, h.e.ü.f.d. Mehriban Vasif qızı Babazadə, s.e.ü.f.d. Afət Ağabala qızı Güləliyeva, s.e.ü.f.d. Bəxtiyar Eyvaz oğlu Nəbiyev, s.e.ü.f.d.  Nərgiz Sabir qızı Məmmədzadə, s.e.ü.f.d. Rza Vasif oğlu Talıbov, s.e.ü.f.d. Rauf Şəmşəddin oğlu Həsənov, dosent əvəzi s.e.ü.f.d. Qurban Heydər oğlu Məmmədov, s.e.ü.f.d. Əlimusa Gülmusa oğlu İbrahimov, s.e.ü.f.d. Fərhad Şahmar oğlu Hüseynov, s.e.ü.f.d. Xəyyam Fərman oğlu İsmayılzadə, baş müəllim s.e.ü.f.d. Eldar Arif oğlu Cəfərov, müəllimlər Aytən Nizami qızı Qurbanova, Samirə Yaşar qızı Bilalova, Fərhad Mürsəl oğlu Aydınlı çalışırlar.

Müasir dövrdə kafedra bakalavr pilləsində aşağıdakı fənləri tədris edir: Beynəlxalq münasibətlər tarixi, Dünya siyasəti, Konfliktologiya, Beynəlxalq münasibətlərin proqnozlaşdırılması, Beynəlxalq münasibətlərdə mədəniyyətin rolu, Beynəlxalq münasibətlər nəzəriyyəsi, Müasir beynəlxalq münasibətlər, Müasir beynəlxalq münasibətlər və qloballaşma, Qlobal ekoloji siyasət, Siyasi fikir tarixi.

Kafedranın istiqaməti üzrə magistr pilləsində aşağıdakı fənlər tədris olunur: Beynəlxalq münasibətlərin müasir problemləri, Beynəlxalq terrorizmə qarşı mübarizə, Türkiyə müasir beynəlxalq münasibətlər sistemində, Misir müasir beynəlxalq münasibətlər sistemində, İran müasir beynəlxalq münasibətlər sistemində, ABŞ müasir dünya siyasətində, Avropa müasir dünya siyasətində, Cənubi Qafqaz dünya siyasətində, Sionizm və siyasət, Dünya siyasətinin nəzəri problemləri.

Magistratura pilləsində ixtisaslaşma üç istiqamətdə – Beynəlxalq münasibətlər, Dünya siyasəti və Müasir dövrdə Yaxın və Orta Şərq dövlətlərinin xarici siyasəti istiqamətində aparılır.

Kafedrada hazırlanmış monoqrafiya, dərs­liklər, metodik və dərs vəsaitləri tədris prosesində geniş istifadə olunur: A.N.Abbasbəyli «Heydər Əliyev və dünya siyasəti», «Beynəlxalq münaqişələr: nəzəri və konseptual yanaşmalar», «Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəri problemləri», «Qafqaz müasir geostrategiyada», «Azərbaycan müasir dövrdə», «Azərbaycanın gələcəyi naminə», «Azərbaycan mənim ürəyimdir (H.Əliyevin siyasi tərcümeyihalı)», «XXI əsrdə Rusiya Federasiyasının xarici siyasəti», «Rusiya XXI əsrdə (xarici aspekt)» (Almaniya) və «Qafqaz dünya siyasətində» (Almaniya); Z.M.Həsənəliyev «Səfəvi dövlətinin beynəlxalq əlaqələri»; P.Q.Darabadi «Qafqaz regionunun geotarixi və müasir geosiyasəti», «XX əsrdə Azərbaycanın siyasi tarixi­nin hərbi problemləri»; S.Z.Yusifzadə «İlk Azərbaycan Respublikası: İngiltərə Azərbaycan münasibətlərinə dair tarix, hadisələr, faktlar» və s.

Kafedranın əməkdaşları bir sıra dərsliklərin və dərs vəsaitlərinin müəllifləridir. «Dünya siyasəti», «Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəriyyəsi», «Müasir Beynəlxalq münasibətlər və qloballaşma», «Səfəvi dövləti (XVII əsrin birinci yarısı)», «II Şah Abbasın hakimiyyəti illərində Səfəvi dövlətinin daxili və xarici siyasəti» adlı dərs vəsaitləri, habelə «Diplomatik protokol», «Diplomatiya terminləri lüğəti», «Konfliktologiya», «Azərbaycan beynəlxalq və regional təşkilatlarda», «Beynəlxalq münasibətlər tarixi», «Beynəlxalq münasibətlərin tarixi (1918-1945-ci illər)», «Beynəlxalq münasibətlər nəzəriyyəsi» və başqa dərs vəsaitləri hazırlanmış və nəşr edilmişdir.

Son illərdə kafedranın ixtisası üzrə 5 elmlər doktoru, habelə 40-a qədər fəlsəfə doktoru və həmçinin 120-dən çox magistr dissertasiyası müdafiə edilmişdir.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət