Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: : “Elmi-sosial iqtisadi tədqiqatlar”

Mövzu: “Beynəlxalq xarici ticarətin inkişafının əsas istiqamətləri və loqistik xüsusiyyətləri”

Mövzunun rəhbəri: dos. Fərid Babayev,

İcraçılar: Hacıağa Rüstəmbəyov, Habil Aslanov, Zəhra Səmədova, Ümmühəbibə, Qələndərova, Aytəkin Axundova, Novruza Adilova,Elmar Dadaşov, Nəcibə Hacıyeva, Qalib Qafarlı, Ayan Mirzəyeva, Təhminə Balacayeva, Kənan Vəkilov, Xaliq Rüstəmov

Məqsəd: Beynəlxalq xarici ticarətin əsas istiqamətləri və logistik xüsusiyyətləri, zəruriliyi, onu şərtləndirən amilləri, həmçinin milli iqtisadiyyatların inkişafına beynəlxalq ticarətin təsirini araşdıraraq təkliflər vermək və tövsiyyələr irəli sürməkdir. Burada beynəlxalq ticarətdə ölkənin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə də diqqət yetiriləcəkdir.

Nəticə: Tədqiqat nəticəsində alınmış elmi nəticələr irəli sürülmüş təklif və tövsiyyələrdə öz əksini tapmışdır. Belə ki, irəli sürülən tövsiyyələr ölkədə neft-qaz bölməsi ilə yanaşı qeyri-neft sektorunun ixrac imkanlarını artirmaqla dövlətin valyuta ehtiyatlarını çoxaltmaga  və bununla da sosial-iqtisadi inkişafın yuksəlməsinə gətirib çıxaracaqdır. Belə ki,

1.Rəqabətqaabiliyyətli məhsul və xidmət  ixracı təmin ediləcək.

2.Ölkənin valyuta ehtiyatları artacaq bununla da milli valyutanın alıcılıq qabiliyyəti yüksələcək.

3.İqtisadi sahədə davamlı inkişafa nail olmaqla dayanıqlılıq təmin ediləcək ki,bu da sabit və yüksələn xətlə iqtisadi artıma gətirib çıxaracaqdır.

4.İlk dəfə olaraq qlobal iqtisadi məkanda milli iqtisadi modellərin rəqabəti problemi təhlil edilir.

5.Milli iqtisadi modelin səcıyyələndirilməsində formal və qeyri formal institutların korrellyasiyası öyrənilir. 

Təcrübi əhəmiyyəti: 

1.Milli və qlobal iqtisadi mənafelər dialektik ziddiyyət vəziyyətindədirlər ki, bu da onların qarşılıqlı təsir impulslarının mövcudluğunu tələb edir. Bu zaman qlobal bazarın və ölkələrin iqtisadi inkişafının milli spesifikliyi nəzərə alınmalıdır.

2.Onların institusional koordinasiyasının müəyyən edilməsi, həm formal və həm də qeyri-formal institutların qarşılıqlı təsiri, milli iqtisadi modelinin formalaşması konsepsiyasının əsasını təşkil etməlidir.

  1. Formal və qeyri-formal institutların vəhdəti, milli iqtisadi mənafelərin həyata keçirilməsi üçün səmərəli mexanizm hesab edilir. Bazar münasibətləri və fərdlərarası qarşılıqlı ənənəvi dəyərlər, deterministic ifadəni təmin etməklə, ölkənin sosial problemlərinin həllində və ÜDM-in ümumi xərclərinin azaldılması, əmək məhsuldarlığının artımında mühüm rol oynayır. Institusional iqtisadi modelləşdirmə vasitəsilə səmərəli istehsal mexanizminin əldə olunması imkanları yaranmış olur.

4.İqtisadi modellər maddi rifah və sosial inkişafın bütün səviyyələrində əlverişli biznes mühiti yaratmaqla "insan-təbiət", "insan-insan", "insan-cəmiyyət" əlaqələrinin səmərələşdirilməsi üçün vacib vasitə kimi cıxış edir. Milli iqtisadi mənafeləri əks etdirərək modellər həm də mövcüd iqtisadi münasibətlərin qiymətləndirilməsinin konkret parametrlərini müəyyən etmiş olurlar.

  1. Azərbaycanın iqtisadi inkişaf modelinin əsas məqsədi makroiqtisadi inkişafın ümumi tendensiyalarını və əsas vektorunu təcəssüm etməkdən ibarətdir. Bu modelin əhəmiyyəti milli iqtisadi mənafelərin həyata keçirilməsi prosesini ümumi inkişaf paradiqma taparaq, makroiqtisadi göstəriciləri ümumi meyyarlarla dəqiqləşdirilməlidir. Bu məqsədlərə nail olmaq üçün eyni zamanda daxili bazarının inkişafını və təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətlərinin aktivləşməsi mexanizmləri ehtiva edir.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət