Dünya iqtisadiyyatı kafedrası 2009-cu ildə “Beynəlxalq iqtisadi münasibətlər”, “İqtisadi nəzəriyyə” və “Ümumi iqtisadiyyat” kafedralarının bazası əsasında yaradılmışdır. 2006-cı uildə yaradılmış «Beynəlxalq iqtisadi münasibətlər» kafedrasının ilk müdiri vəzifəsində professor Adil Abbas oğlu Qasımov olmuşdur. Həmin dövrdə kafedranın cəmi 5 əməkdaşı olmuşdur. 2009-2022-ci illərdə kafedraya professor Hacıağa Rüstəmbəyov kafedrasına rəhbərlik etmişdir. 2022-ci ildən kafedraya dosent Fərid Babayev rəhbərlik edir.
F.F.Babayev 2002-ci ildə Azərbaycan Kooperasiya Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra 2003-cü ildə Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun dissertanturasına qəbul olmuş və 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2002-ci ildən Azərbaycan Kooperasiya Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasında laborant, 2004-ci ildən müəllim, 2007-ci ildən baş müəllim və 2015-ci ildən dosent vəzifələrində çalışmışdır. 2012-ci ildən isə AMEA-nın İqtisadiyyat İnstitutunun elmlər doktorluğu proqramı üzrə doktorantıdır. F.F.Babayev 2016-cı ildən Bakı Dövlət Universitetinin "Dünya iqtisadiyyatı" kafedrasında çalışır.
“Dünya iqtisadiyyatı” kafedrası fakültənin nisbətən gənc strukturudur. Kafedranın fəaliyyəti Universitetdə yeni və perspektivli ixtisaslar üzrə kadrların hazırlanmasına şərait yaratmışdır. Müstəqil Azərbaycanda “Beynəlxalq iqtisadi münasibətlər” və “Dünya iqtisadiyyatı” sahələrində peşəkar mütəxəssislərin hazırlanması kimi çətin və məsuliyyətli işin öhdəsindən kafedranın təcrübəli müəllimlər gəlirlər. Vaxtı ilə və hazırda kafedrada yüksək ixtisaslı peşekar müəllimlər çalışmışlar ki, onlardan, dos.N.M.Məmmədovu, dos.Q.E.Qitəliyevi, dos.X.Ş.Kərimovu, dos. R.M.Filiyevi, dos.T.T.İbrahimovu, dos.Z.C.Eyvazovu, dos.A.Ş.Sultanovu, dos.F.M.Qarayevi və başqalarını göstərmək olar.Hal-hazırda Kafedrada dos.Babayev Fərid Fikrət oğlu, prof.Rüstəmbəyov Hacıağa Baxış oğlu, dos.Aslanov Habil Hüseyn oğlu, dos.Qələndərova Ümmühəbibə Məmmədtağı qızı, dos.Səmədova Zəhra İsa qızı, b/müəl. i.ü.f.d. Hacıyeva Nəcibə Qabil qızı, müəl.Dadaşov Elmar Rahib oğlu, b/müəl. i.ü.f.d.Qafarlı Qalib Nizami oğlu, dos. Adilova Novruzə Qeyis qızı, müəl.Mirzəyeva Ayan İbrahim qızı, müəl. i.ü.f.d.Axundova Aytəkin Həsən qızı, müəl. i.ü.f.d.Vəkilov Kənan Şöhrət oğlu, müəl.Balacayeva Təhminə Paşa qızı və müəl. Rüstəmov Xaliq Qabil oğlu çalışır.
Kafedrada bakalavr pilləsində Dünya iqtisadiyyatı, Beynəlxalq iqtisadiyyat, Beynəlxalq iqtisadi münasibətlər, Beynəlxalq marketinq, Beynəlxalq kommersiya, Beynəlxalq nəqliyyat əməliyyatları, Beynəlxalq birjalar, Ölkənin iqtisadi təhlükəsizliyi, Beynəlxalq maliyyə-kredit münasibətləri, Logistikanın əsasları, Gömrük işi, Beynəlxalq ticarət və maliyyə, və s., magistratura pilləsində Tədqiqat metodları, Milli iqtisadi mənafelər, Beynəlxalq iqtisadi münasibətlər, Dünya iqtisadiyyatının müasir problemləri, Ölkənin iqtisadi təhlükəsizliyi,Beynəlxalq valyuta-kredit münasibətləri, Beynəlxalq marketinq, BİM elminin müasir problemləri, Beynəlxalq ticarət və dövlətin xarici ticarət siyasəti, BİM-in tənzimlənməsi sistemi, Azərbaycanın xarici iqtisadi siyasəti, XİF-in tənzimlənməsi problemləri, Milli iqtisadi təhlükəsizliyin aktual problemləri, XİF-in valyuta tənzimlənməsi problemləri və s. fənnlər tədris olunur.
Dünya iqtisadiyyatı kafedrasının əməkdaşları hər il olduğu kimi geniş və hərtərəfli elmi fəaliyyət göstərmişlər. Kafedra üzvlərinin əksəriyyəti bir sıra dövrü nəşrlərdə, elmi konfrans və seminarlarda iştirak etmiş, dərs vəsaiti, tədris proqramları və metodik vəsaitlər nəşr etdirmişlər. Bu sırada fakültəmizdə keçirilmiş konfransları xüsusi qeyd etmək lazımdır. Demək olar ki, kafedranın bütün müəllimləri Universitet və fakültədə keçirilən həmin konfranslarda fəal iştirak ediblər.
Bu illər ərzinə kafedra əməkdaşlarının dərslik və dərs vəsaitləri çapdan cıxmışdır. Onlardan: F.Babayev "Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi məsələləri", "Макроэкономика", "Микроэкономика", H.Rüstəmbəyov “Milli iqtisadi mənafellər”, H.Rüstəmbəyov və H.Aslanov “Beynəlxalq iqtisadi əməliyyatlar”, H.Rüstəmbəyov “Dünya birjaları”, H.Aslanov “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi”, A.Axundova “Transmilli korporasiya”, Z.Səmədova “Azərbaycanın xarici iqtisadi əlaqələri”, Ü.Qələndərovanın “Ölkəşünaslığın əsasları” və s. dərslik və dərs vəsaitləri çapdan cıxmışdır. Bundan başqa demək olar ki, tədris olunan fənnlərin əksəriyyətinin proqram və metodik vəsaitləri capdan cıxmışdır.
Bundan başqa kafedranın müəllimi i.ü.f.d. Aytəkin Axundova 2021-ci il üçün elmi-tədqiqat işlərinin hesabatının nəticəsində Universitet üzrə “İlin alimi” seçilərək 1-ci yerin qalibi olmuşdur.
2022-ci ildə kafedrada ayrı-ayrı mövzularda 3 elmi seminar kecirilmişdir. Prof.Hacıağa Rüstəmbəyovun “Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin milli iqtisadi mənafelərinin reallaşmasına təsiri” Dos.Habil Aslanovun “İşğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsi” i.ü.f.d. Qalib Qafarlının “Azərbaycanda əlverişli makroiqtisadi mühitin yaradılmasının qeyri-neft ixracına təsiri” mövzusunda seminar keçirilmişdir.
Kafedra əməkdaşları 30-dan çox Beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. Kafedra əməkdaşlarından (tərəqqi medalı, qabaqcıl təhsil işçisi döş nişanı, Respublika fəxri fərmanı və s. təltif edilmişdir. Eyni zamanda, Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar kafedranın bir çox əməkdaşları mükafatlandırılmışdır.