Elmi istiqamət və elmi-tədqiqat mövzuları

Kafedranın elmi-tədqiqat istiqamətləri və prioritetləri

Mövzunun başlıca məqsədi müasir dünyada gedən inteqrasiya proseslərini araşdırmaqdır. Qarşıya qoyulan məsələlər aşağıda göstərilən istiqamətlərdən ibarətdir:

  1. Azərbaycan Respublikasının xarici siyasət mexanizmi və xarici siyasət resurslarını araşdırmaq, eyni zamanda Azərbaycan Respublikasının xarici siyasətinin əsas prinsipləri, prioritetləri, istiqamətləri, müxtəlif dövlətlərlə siyasi, hərbi, diplomatik, iqtisadi və mədəni sahələrdə ikitərəfli münasibətləri təhlil etmək, bununla yanaşı, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, müxtəlif beynəlxalq qurumların fəaliyyətində iştirakı, enerji siyasəti və onun regional və beynəlxalq münasibətlər sisteminə təsiri  kimi məsələləri araşdırmaq;
  2. Müasir dünyada gedən inteqrasiya proseslərini, regional və qlobal əməkdaşlığın intensivləşməsi meyillərini Avropada, Asiyada, Afrikada, Amerikada  müşahidə etmək, yeni dünya nizamında beynəlxalq münasibətlərdə inteqrasiya prosesinin genişlənməsi, qlobal dünya sisteminin yaranmasında təhlükəsizliyinin məzmunca genişləndirilməsini, ona yeni elementlərin daxil edilməsini təhlil etmək, yeni təhlükəsizlik istiqaməti təbiətin müvafiq qanunları əsasında, yeni həyat fəaliyyətinə, təhlükəsiz dünya birliyinə, təhlükəsiz dövlət tipinə, təhlükəsiz cəmiyyət tipinə, şəxsiyyət təhlükəsizliyinin formalaşmasına keçidlə yeni düşüncə tərzi və təhlükəsizlik fəlsəfəsini araşdırmaq; 
  3. Etnosiyasi konfliktlərin köklərini, nizamasalınmasını təhlil etmək və elmi araşdımalar aparmaq;
  4. Dünyada gedən  geosiyasi vəziyyətlərini araşdırmaq və  böyük dövlətlərin geostrateji maraqlarının toqquşmasını göstərmək;
  5. Beynəlxalq münasibətlər sahəsində dövlətlərin xarici siyasətinin əsas istiqamətlərini araşdıraraq, xüsusi əməliyyatların rolunu göstərmək və müasir dövrdə çoxtərəfli diplomatiyanın mühüm rol oynayacağını müəyyənləşdirmək;
  6. Dünyada müasir regional təhlükəsizlik sisteminin xüsusiyyətlərini araşdırmaq və onun inkişafına geosiyasi amillərin təsirini göstərmək;
  7. Aİ-nın xarici siyasətinin formalaşması proseslərini proqnozlaşdırmaq və ümumavropa təhlükəsizlik sistemini təhlil etmək;
  8. Müasir beynəlxalq dövlətlərarası münasibətlərdə diplomatik danışıqların texnologiyasını araşdırmaq və təhlil etmək;
  9. Lobbizmin mahiyyətini araşdırmaq, onun müasir dövlətlərin xarici siyasətinə göstərdiyi təsiri təhlil etmək.
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət