Kafedranın tarixi

  2006-cı ildə yaradılan kafedra zamanın tələbinə uyğun olaraq, müasir dövlətlərarası münasibətlərdəki siyasi və diplomatik proseslərin elminəzəri aspektlərini tədqiq və tədris edən bir mərkəzdir.

  2006-cı ildən kafedraya Azərbaycanda ilk qadın siyasi elmlər doktoru, professor Hicran Kamran qızı Hüseynova rəhbərlik edir. H.K.Hüseynova 1977-ci ildə BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə namizədlik, 2001-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən BDU-da çalışır. 

  2007-ci ildən professordur. Müstəqil Azərbaycanın Avropaya inteqrasiyası problemləri ilə bağlı doktorluq dissertasiyası müdafiə edən prof. H.K.Hüseynovanı bu məktəbin banisi adlandırmaq olar. 3 monoqrafiya, 2 dərslik, 3 proqram və 52 elmi məqalənin müəllifidir. O, 2000-2006-cı illərdə fakültənin Elmi işlər üzrə dekan müavini vəzifəsində çalışmışdır.

 Kafedrada professorlar Hicran Kamran qızı Hüseynova, İsmayıl Məhərrəm oğlu Musa, dosentlər Kərəm Cahangir oğlu Məmmədov, Vəliyulla Beydulla oğlu Cəfərov, Təranə Muradəli qızı Tağıyeva, Emin Camo oğlu Hacınski, Afət Ağaəli qızı Səfərova baş müəllim Səbinə Arif qızı Qaraşova,  müəllimlər Nigar Zahid qızı Dünyamalıyeva, Gülgün Mübariz qızı Quliyeva, Bahar Vaqif qızı Hüseyn, Sevil Əlihüseyn qızı Hidayətova, baş laborant Sona Qurban qızı Abasova, Könül Zahir qızı Hüseynova, Şəms Turqay qızı Allahverdiyeva çalışırlar.

 Kafedrada Beynəlxalq münasibətlərdə parlamentin rolu, Diplomatik portretlər, Diplomatik etiket və nitq mədəniyyəti, Diplomatik protokol, Diplomatik və konsul xidməti, Azərbaycanın xarici siyasəti, İşgüzar yazışmalar, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, ABŞ-ın xarici siyasəti, Avropa ölkələrinin xarici siyasəti, Avropa inteqrasiya prosesləri, Beynəlxalq təşkilatlar, Geosiyasət, Dünya enerji siyasəti və s. fənlər tədris edilir. Tədris olunan fənlər gələcək mütəxəssislərin bilik və bacarıqlarının formalaşmasına mühüm təsir edir.

 Müxtəlif illərdə kafedra müəllimlərinin monoqrafiya və dərslikləri nəşr olunmuşdur. Bunlardan «Müasir inteqrasiya prosesləri»; V.B.Cəfərovun «Diplomatik yazışma»; İ.M.Musanın «Azərbaycanın Xarici Siyasəti» (3 cilddə); «Diplomatik portretlər» dərslikləri, «Diplomatik etiket və nitq mədəniyyəti» kitabları və s. qeyd etmək olar.


Tələbələrin beynəlxalq təşkilatlarda təcrübə keçməsi onların gələcək peşəkarlıqlarının yüksəldilməsində mühüm əhəmiyyətə malikdir.



         

 

 

 

 

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət