İstiqamət: Milli iqtisadiyyatın müasir inkişaf istiqamətləri
- Milli iqtisadiyyat və ictimai təkrar istehsalın təmin edilməsi.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: professor Vahid Abbasov
Məqsəd: Tədqiqat işinin əsas məqsədi milli iqtisadiyyatın inkişafında ictimai təkrar istehsalın təmin edilməsinin əsas prinsiplərinin tədqiq olunmasından ibarətdir.
Alınmış nəticələr: Sahələrarası səviyyədə makroiqtisadi qanunauyğunluqları əks etdirən mexanizmlər müəyyənləşdirilmiş, bu sahədə sənaye və kənd təsərrüfatı sahələrinin xüsusi rolu əsaslandırılmış, qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsinə yönəldilmiş milli inkişaf proqramlarının reallaşdırılmasına, insan və maliyyə resurslarından səmərəli istifadənin prioritetlərinə dair təkliflər işlənmişdir.
Təcrübi əhəmiyyəti: Milli dövlət qurumlarının özəlliklərindən asılı olmayaraq, bazar iqtisadiyyatı şəraitində milli iqtisadi sistemin və ictimai təkrar istehsalın öyrənilmə səviyyələrindən biri olan makroiqtisadi sistemin bütövlükdə necə fəaliyyət göstərməsinin mahiyyəti və xüsusiyyətlərinin aydınlaşdırılması məsələləri xüsusi aktuallq kəsb edir. Tədqiqatda irəli sürülən təkliflər qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəldilmiş milli inkişaf proqramlarında istifadə oluna bilər.
- İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin nəqliyyat sahəsində təbii inhisarların fəaliyyəti.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: professor Pəri Həsənova
Məqsəd: Elmi işin məqsədi Qərb ölkələrinin təcrübəsinin öyrənilməsi əsasında bazar iqtisadiyyatı şəraitində nəqliyyat sahəsində təbii inhisarların islahatının formalarını, zəruri şərtlərini müəyyən etmək və problemlərini açmaq.
Alınmış nəticələr: Xarici ölkələrin təcrübəsi təhlil olunaraq göstərilmişdir ki, rəqabətli yanaşma zamanı bir çox dəmiryol şirkətləri böhrandan səmərəli çıxış yolunu tapmışdılar. Məhz bu cür yanaşma dəmiryol qurumları üçün ən yüksək səviyyəyə malik bir formadır. Amma bu yanaşma yalnız təbii inhisar və potensial rəqabət sektorlarının bölüşdürülməsi zamanı mümkündür.
Təcrübi əhəmiyyəti: Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan energetika, rabitə, təhsil, səhiyyə ilə yanaşı nəqliyyat da cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün irəli sürülən təkliflər mühüm rol oynayır.
- Milli iqtisadiyyat və ictimai təkrar istehsalın təmin edilməsi.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: dosent Səidə Şıxalizadə
Məqsəd: Tədqiqat işinin əsas məqsədi milli iqtisadiyyatın diversifikasiyasını təmin etmək üçün təkliflərin hazırlanmasıdır.
Alınmış nəticələr: Milli iqtisadiyyatın diversifikasiyası üçün elmi əsaslandırılmış prinsip və metodları, uzunmüddətli inkişaf strategiyasının əsaslandırılmış məqsəd və vəzifələrini, onlara nail olmaq mexanizmləri və vasitələrini, habelə nəticələrin qiymətləndirməsini əhatə etməlidir. Qabaqcıl ölkələrin təcrübələrin təhlili əsasında dayanıqlı iqtisadi artımın mühüm elementləri müəyyən edilmişdir. Bunlara ümumilikdə innovasiya və investisiya fəaliyyətinin gücləndirilməsinə yönəlmiş dövlət mexanizmlərinin tərtibi, sahələrin yenidən qurulması və müəssisədə islahatların aparılması aid edilmişdir.
Təcrübi əhəmiyyəti: Son vaxtlar Azərbaycanın qeyri-neft sektorunun fəaliyyətinin müsbət nəticələrinə baxmayaraq, onların dinamikası kifayət qədər sabit deyil. Bu səbəbdən Azərbaycan iqtisadiyyatının əsas vəzifələrindən biri qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin edən yollarının axtarılması böyük əhəmiyyət kəsb edir.
- Milli iqtisadi sistem və iqtisadiyyatın milli modeli.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: dosent Zöhrab Eyvazov
Məqsəd: Suverenlik illərində respublika iqtisadiyyatının formalaşması və inkişafının təhlili əsasında milli iqtisadiyyatının inkişaf modelinin əsas xüsusiyyətlərini müəyyənləşdirmək və milli iqtisadiyyatın iqtisadi inkişafının ayrı-ayrı aspektləri üzrə nəzəri və praktiki tövsiyələr hazırlamaqdır.
Alınmış nəticələr: Tədqiqatda belə bir nəticəyə gəlirik ki, iqtisadi quruluş məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılı olsa da məhsuldar qüvvələr fəaliyyətinə həmin amillər böyük təsir edir. Buna görə də həmin amillərin ölkənin iqtisadi modelində əks olunması zəruridir. Hər bir ölkə üçün iqtisadi model konkret spesifik formada olur. Bu spesifikliyi isə ilk növbədə ölkənin mövcud iqtisadi inkişaf səviyyəsi, tarixən formalaşmış spesifik iqtisadi qaydalar, maddi və əmək resurslarının mövcud durumu, ölkənin cografi mövqeyindən səmərəli istifadə dərəcəsi, milli iqtisadiyyata milli adət və ənənələrin müdaxilə dərəcəsi aiddilər. Milli iqtisadi model məhz bu amillərin rolunu nəzərə almaqla konkretləşdirilməli və bu amillər tənzimləmə proseslərində nəzərə alınmalıdır.
Təcrübi əhəmiyyəti: İqtisadi fəaliyyət konkret ölkələrdə həyata keçirildiyindən hər bir ölkənin tarixi inkişaf şərtləri, möcud iqtisadi potensialı, elmlə istehsalın münasibəti, ölkənin cografi mövqeyi habelə, milli adət və ənənələri muxtəlif oldugundan milli iqtisadi sistemin öyrənilməsində onların hər birinin yerinin müəyyən edilməsi böyük əhəmiyyətə malikdir. Deməli ümumu iqtisadi qanunların təzahürlərinin spesifikliyini milli iqtisadi sistemdə nəzərə almaq ücün həmin amillərin hər biri ətraflı öyrənilməlidir.
- İqtisadi inkişaf probleminin tədqiqinin elmi-nəzəri əsasları.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: dosent Laçın Abışlı
Məqsəd: Elmi işin məqsədi iqtisadi inkişafın konseptual əsasları, o cümlədən ona aid baxışların təkamülünün tədqiq olunması, müqayisəli təhlilinin aparılması qanunauyğunluqları, onun xüsusi cəhətlərini aşkara çıxarmaqdır.
Alınmış nəticələr: Azərbaycanın yeni davamlı və dayanıqlı iqtisadi inkişaf mərhələsinə daxil olduğu dövrdə effektiv iqtisadi mühitinin təmin olunmasının dövlət mexanizminin təkmilləşdirilməsinin əsas istiqamətləri, müdaxiləsinin optimal hədlərinin elmi-nəzəri o cümlədən əməli baxımdan əsaslandırılmasına cəhd edilmiş, uyğun təkliflər o cümlədən tövsiyələr irəli sürülmüşdür.
Təcrübi əhəmiyyəti: Milli iqtisadi inkişaf xüsusiyyətini düzgün dəyərləndirmədən ölkənin iqtisadi effektivliyini, milli rəqabət üstünlüklərini, o cümlədən təhlükəsizliyini strateji nöqteyi-nəzərdən qiymətləndirmək, onun davamlı və dayanıqlı iqtisadi inkişafa keçidini əməli baxımdan realaşdırmaq çox mürəkkəbdir. Bu səbəbdən milli iqtisadiyyatın davamlı və dayanıqlı iqtisadi inkişafa keçidinin təmin edilməsi ilə bağlı vacib ilkin şərtlərin formalaşdırılmasının nəzəri baxımdan düzgün dərk olunması, onun əməli nöqteyi-nəzərdən realizə edilməsi imkanlarının obyektiv dəyərləndirilməsi vacib əhəmiyyət kəsb edir.
- Milli iqtisadiyyat haqqında elmin təşəkkülü.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: dosent Mehriban Yadulla
Məqsəd: Tədqiqatın məqsədi qloballaşan dünyada milli iqtisadiyyatın önəmi və milli iqtisadi baxışların təhlili və onların səciyyəvi xüsusiyyətlərinin araşdırılmasıdır.
Alınmış nəticələr: 1. Milli iqtisadiyyat haqqında elmin təşəkkülü, müasir vəziyyəti və inkişaf perspektivində ümumi və xüsusi biliklərin formalaşmasının obyektiv şərtləri müəyyənləşdirilmişdir.
- Milli iqtisadiyyatın dövlət tənzimlənmə sistemi, mezoiqtisadi amillərin rolu şərh edilmiş və iqtisadi inkişafın ayrı-ayrı konsepsiyaları arasında milli spesifikanın açılmasını nəzərə alan konsepsiyanın hazırlanmasının zəruriliyi əsaslandırılmışdır.
Təcrübi əhəmiyyəti: Həyata keçirilmə miqyası baxımından milli iqtisadiyyatın transformasiyası uzunmüddətli strateji xarakter daşıyır və bu problemin hərtərəfli öyrənilməsini tələb edir. Milli iqtisadiyyatın nəzəriyyəsinin bir sıra müddəalarının yenidən nəzərdən keçirilməsi, iqtisadi inkişafın təhlili, milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi istiqamətlərinin ümumiləşdirilməsi və işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir.
- Azərbaycanda innovasiyaların inkişafında strateji meyillər.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: dosent Leyla Xasiyeva
Məqsəd: Elmi işin məqsədi ölkədə səmərəli milli innovasiya sisteminin formalaşdırılması istiqamətini müəyyən etmək və təkliflər irəli sürməkdir.
Alınmış nəticələr: Ölkədə səmərəli milli innovasiya sisteminin formalaşdırılması həm dövlət, həm də fərdi sahibkarlıq subyekti səviyyəsində effektiv və rəqabətədavamlı iqtisadiyyat ideyasının keyfiyyətcə dəyişdirilməsi kimi kəskin tədbirlər görmək lazımdır.
Təcrübi əhəmiyyəti: Məhdud resurslar şəraitində innovativ inkişafın prioritetlərinin müəyyən edilməsi, elmin, sənayenin, investorların qarşılıqlı maraqlarını əks etdirən innovasiya və elmi-sənaye siyasətinin inkişafı, irimiqyaslı elmi-tədqiqat işlərinə və əldə edilmiş nəticələrin istehsalata sonrakı tətbiqinə dövlət dəstəyi (birbaşa büdcədən maliyyələşmə formasında), innovasiya bazarının səmərəli, “sivil” işləməsi üçün zəruri şəraitin təmin edilməsi kimi məsələrin həll olunması böyük əhəmiyyət kəsb edir.
- Azərbaycanda iqtisadi münasibətlərin liberallaşdırılmasının labüd istiqamətləri.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: dosent Rasim Tacəddin
Məqsəd: Elmi işin məqsədi Azərbaycan iqtisadiyyatının inkişafına maneçilik törədən əsas təhlükələrin və amillərin (güclü inhisarçılıq, özəl investisiyaların daxili iqtisadiyyata az payı və s.) açıqlanması və onların yaratdığı problemlərin təhlili. Bu çərçivədə elmi işdə iqtisadiyyatının inkişafıına mane olan mövcud amillərin aradan qaldırılmasının real imkanlarının tədqiqi.
Alınmış nəticələr: Azərbaycanda iqtisadi münasibətlərin liberallaşdırılması ölkə iqtisadiyyatının inkişafı üçün ən labüd istiqamətdir. Bu işin reallaşmasının əsas istiqamətləri kiçik və orta sahibkarlığın sərbəstliyini yüksək dərəcəyə qaldırmaq,və bunun üçün inhisarçılığın köklü şəkildə qarşısı alınmalı və dövlət strukturlarında korrupsiyanın yayılması dayandırılmalıdır.
Təcrübi əhəmiyyəti: Tədqiqatda irəli sürülən təkliflər Azərbaycan iqtisadiyyatının gələcəkdə inkişafının faydalı istiqamət seçimində istifadə oluna bilər.
- Ölkədə innovasiya yönümlü nəqliyyat infrastrukturunun formalaşmasına investisiya qoyuluşlarının artırılması imkanları.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: i.ü.f.d Bəhruz Xasıyev
Məqsəd: Elmi işin məqsədi nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və keyfiyyətinin artırılması üçün milli iqtisadi maraqlara cavab verəcək maliyyələşdirilmə variantlarını araşdırmaq.
Alınmış nəticələr: 1. İnvestisiya nəqliyyat infrastruktunun inkişafının mühüm maliyyə mənbəyidir. Bu mənbə hesabına nəinki, ancaq nəqliyyat inkişaf etdirilir, eyni zamanda iqtisadiyyatın strukturunda ciddi sosial yönlü dəyişikliklərin baş verməsinə səbəb olur. 2. İnnovasiya yönümlü nəqliyyat infrastruktunun inkişaf siyasətinin həyata keçirilməsi üçün xüsusi investisiya proqramları işlənib hazırlanmalı və həmin proqramlarda milli iqtisadiyyatın xüsusiyyətləri və beynəlxalq təcrübə hər tərəfli öyrənilib nəzərə alınmalıdır. Bu zaman ölkə nəqliyyat inftastruktunun inkişafı üçün strateji əhəmiyyət kəsb edən sahələrə xüsusi diqqət yetirilməlidir.
Təcrübi əhəmiyyəti: Dünyada baş verən qloballaşma prosesinin dərinləşməsi iqtisadiyyatın daha çevik hərəkət etməsini və bununla bağlı problemlərin həll edilməsini şərtləndirir. Ona görə də iqtisadi fəaliyyətin qloballaşması kontekstində problemlərin nəzəri və praktiki baxımdan tədqiqi və elmi əsaslandırılması baxımından innovasiya yönümlü nəqliyyat infrastrukturunun formalaşmasına investisiya qoyuluşlarının perspektiv istiqamətlərinin müəyyən edilməsində istifadə edilə bilər.
- Xarici iqtisadi siyasət milli iqtisadiyyatın inkişaf istiqamətlərindən biri kimi.
Mövzunun rəhbəri: professor Vahid Abbasov
İcraçı: Gülnar Hüseynova
Məqsəd: Elmi işin məqsədi Respublikamızın xarici iqtisadi siyasət strategiyasının formalaşdırılması mexanizminin mövcud vəziyyətin öyrənilməsi və onun təkmilləşdirilməsi yollarının aşkar edilməsi, milli inkişaf istiqamətlərinin və üsullarının araşdırılması və bütün bunların konseptual qiymətləndirilməsi əsasında, milli-iqtisadi mənafelər baxımından konkret təklif və tövsiyyələrin hazırlanmasıdır.
Alınmış nəticələr: Azərbaycanda xarici iqtisadi siyasət strategiyası sahəsində mövcud vəziyyət müqaisəli təhlil edilmiş, müasir iqtisadi və siyasi qloballaşma şəraitində Azərbaycanın xarici iqtisadi əlaqələrinin istiqamətləri açıqlanmış, beynəlxalq təşkilatlarla əməkdaşlıqların, inteqrasiya psoseslərinin müasir vəziyyəti və Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının formalaşmasına təsiri, ölkəmizin dünya təsərrüfatına inteqrasiyasının tendensiyaları və zidiyyətləri təhlil edilmiş və konkret təkliflər irəli sürülmüşdür.
Təcrübi əhəmiyyəti: Müasir dövrdə müxtəlif ölkələr xarici iqtisadi əlaqələrin mürəkkəb və çoxcəhətli sistemi ilə qarşılaşır və ondan maksimum istifadə etməyə cəhd edirlər. Hər bir ölkənin milli iqtisadiyyatı xarici iqtisadi əlaqələrin müxtəlif formaları ilə beynəlxalq iqtisadiyyata qoşulur, onun nailiyyətlərindən necə istifadə etməsindən asılı olaraq müəyyən səmərə götürə bilir. Tədqiqat işində irəli sürülən təkliflər xarici iqtisadi siyasət strategiyasının formalaşdırılması mexanizminin təkmilləşdirilməsində istifadə edilə bilər.