BAKI DÖVLƏT UNIVERSITETININ BEYNƏLXALQ MÜNASIBƏTLƏR VƏ IQTISADIYYAT FAKÜLTƏSI “POLITOLOGIYA VƏ SOSIOLOGIYA” KAFEDRASININ 2021-2023-CÜ ILLƏR ÜÇÜN ELMI ISTIQAMƏT VƏ ELMI-TƏDQIQAT MÖVZUSU
İSTİQAMƏT 1: ”Siyasət nəzəriyyəsi.Nəzəri konsetual məsələlər”
İSTİQAMƏT 2: ”Siyasi institutlaşma prosesi və siyasi sistemlər”
İSTİQAMƏT 3: ”Dövlət idarəçiliyi və dövlət qulluğunun reallaşma mexanizmi:Azərbaycan nümunəsi”
PROBLEM: “Cəmiyyətin siyasi xarakteristikası və siyasi təsisatlar sistemi(nəzəri və praktiki əsasları)”
MÖVZU: “Azərbaycan Respublikasında siyasi təsisatlanma və dövlət idarəçiliyi mexanizmi
Mövzu rəhbəri – Əhmədov Əli Cavad oğlu
Mövzu üzrə icraçılar:
1.Eyyubov İsmayıl Əhməd o |
2.Vahidov Fazil Qulammirzə o. |
3.İbadov Nazim Sadiq o |
4.Orucova Vəsxanım Meylaqulu q. |
5.Behbudov Tahir Rza o. |
6.Əhmədova Zemfira Əmrah q |
7.Babayeva-Şəkər Zülfiyyə Həsən q. |
8.Əfəndiyeva Xatirə Bəxtiyar |
9.Əfəndiyeva Səadət Məcid q. |
10.Həsənov Mehman Zahir o. |
11.Əliyeva Sevinc Əli q. |
12.İsmayılov Məşdi Cəlal o. |
13.İmaməliyeva Ülkər Meylaqulu q. |
14.Quliyeva Ülviyyə Əlisahib q. |
15.Əliyeva Gülşən Fazil q. |
16.Qasımova Ləman Abid q. |
17.Abdullayeva Məftunə Rəşid q. |
18.Muradov Azər Arif o. |
19.Məmmədli Nuran Natiq q.
|
Mövzunun adı: Azərbaycan Respublikasında siyasi təsisatlanma və dövlət idarəçiliyi mexanizmi
Mövzunun aktuallığı: Azərbancan Respublikasının dövlət idarəçiliyi yeni siyasi sistemə inteqrasiyanın mühüm təsirini özündə hiss edir. Dünyanın aparıcı ölkələrinin dövlət idarəçiliyində olduğu kimi Azərbaycan Respublikasının dövlət idarəçiliyinin də özünəməxsus xüsusiyyətləri vardır. Bu baxımdan mövzu aktualdır.
Müstəqillik əldə edildikdən sonra respublikamızda siyasi sistemin struktur formalaşmasının əsası qoyuldu, yeni idarəetmə sisteminə keçid baş verdi. Yeni konstitusiyanın qəbul edilməsi və parlament seçkilərinin keçirilməsi həyata keçirilən yeni idarəetmə sayəsində ölkədə siyasi plüralizmin, siyasi inteqrasiyanın təmin və bərqərar olması, genişmiqyaslı islahatların reallaşdırılması və digər bu kimi strateji vəzifələrin həyata keçirilməsinə əlverişli zəmin yarandı. Qəbul edilmiş yeni konstitusiyanın əsasında hakimiyyət bölgüsü təmin edildi. Qısa müddətdə dövlət tənzimləməsinin metodlarında ciddi dəyişikliklər edildi, cəmiyyətdə rəqabət mühiti təmin edildi, icra hakimiyyəti orqanları və bütövlükdə dövlət bölməsinin işinin səmərələliyi artırıldı, dövlət idarəçiliyinin qanunvericilik və normativ hüquqi bazası inkişaf etdirildi. Dövlət hakimiyyəti orqanları üzərində nəzarət sistemi təkmilləşdirildi.
Bütün bunların əsasında dövlət idarəçiliyinin işlək mexanizmi təmin edildi. Elektron hökumətin fəaliyyətə başlaması, ASAN xidmət mərkəzlərinin fəaliyyət sferasının genişləndirilməsi, DOST mərkəzlərinin yaraddılması, ağıllı şəhər və ağıllı kənd layihələrinin reallaşdırılması sahəsində görülən tədbirlər və s. dövlət idarəçiliyinin təkmilləşdirilməsinin əsas mexanizmlərindəndir.
Mövzunun məqsədi: Azərbaycan Respublikasında yeni dövlət idarəçiliyi mexanizminin təşəkkülünün əsas xüsusiyyətlərini araşdırmaq.