Kafedra haqqında

RİYAZİ İQTİSADİYYAT KAFEDRASININ TARİXİ

Riyazi iqtisadiyyat kafedrası 2002-2011-ci illərdə fəaliyyət göstərmiş  “İqtisadi informatika” və “Riyazi iqtisadiyyat və İqtisadi ekoloji sistemlərin modelləşdirilməsi” (indiki “İqtisadi kibernetika”) kafedralarının bazası əsasında 08.08.2011-ci ildə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin nəzdində formalaşdırılmışdır.

Kafedra müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Elşar Qurban oğlu Orucovdur. E.Q.Orucov 1980-1985-ci illərdə ADU-nun Tətbiqi riyaziyyat fakültəsində təhsil almışdır. 1992-ci ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1999-2011-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində çalışmışdır. Diferensial tənliklər, riyazi fizika, maliyyə-iqtisadi analizdə riyazi üsullar, ekonometrik təhlil sahələrində 100-dən artıq elmi məqalənin, 6 kitabın müəllifi , 2 kitabın isə həmmüəllifidir.

Hazırda kafedrada 9 əməkdaş: 1 professor, 2 dosent, 2 baş müəllim, 3 müəllim və 1 laborant çalışır.

Kafedranın əməkdaşları iqtisadi sistem və proseslərin riyazi-ekonometrik analizi elmi istiqaməti üzrə tədqiqat işləri aparırlar. Elmi-tədqiqat işlərinin məqsədi iqtisadi-maliyyə yönümlü idarəetmə məsələlərini, investisiya layihələrinin iqtisadi-texniki əsaslandırılmasını, maliyyə bazarlarının konyunkturasının öyrənilməsini və burada proqnozlaşdırılma məsələlərini riyazi modelləşdirməklə müasir riyazi üsulların tətbiqi ilə konkret şəraitdə optimal idarəedici qərarların qəbul edilməsinin əsaslandırılmasından, iqtisadi proseslərin dinamik analizinə və ən yeni informasiya sistemlərindən istifadə etməklə bu məsələlərin həllinin kompüter realizasiyası üçün uyğun proqram paketlərinin tərtibatından və onları iqtisadi məsələlərin həllinə tətbiqindən ibarətdir. 

Kafedrada bakalavr pilləsində: Xətti cəbr və riyazi analiz, Riyazi iqtisadiyyat , Statistika-1, Statistika-2, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Ekonometrika-1, Ekonometrika-2, İqtisadi informatika, İkt-baza kompüter bilikləri, İnformasiya kommunikasiya texnologiyaları, Maliyyə riyaziyyatı, İqtisadi riyazi modelləşdirmə fənləri;

Magistratura pilləsində:

İqtisadi riyazi modelləşdirmə ixtisaslaşması üzrə: İqtisadi riyazi modelləşdirmə, İqtisadiyyatın müasir riyazi problemləri, İqtisadi  analizin riyazi metodları, Tədqiqat metodları, Sosial-iqtisadi proseslərin  proqnozlaşdırılması, Statistik verilənlərin kompüter paketlərlə emalı, İqtisadi qərarların qəbul edilmə nəzəriyyəsi, İqtisadi təhlil;

Ekonometriya ixtisaslaşması üzrə: İqtisadiyyatda stoxastik proseslər, İqtisadiyyatın müasir ekonometrik problemləri , Tədqiqat metodları, Sosial-iqtisadi proseslərin  proqnozlaşdırılması, Tətbiqi statistika, Çoxölçülü statistik analiz metodları, Statistik verilənlərin kompüter paketlərlə emalı, Ekonometrik təhlil fənləri tədris edilir.

Kafedra Moskva Dövlət Universiteti, Ukrayna MEA-nın Riyaziyyat İnstitutu, Ukrayna  Milli İdarəçilik Akademiyası (Kiev), Ukrayna MEA-nın Aşağı Temperaturlu Texniki Fizika İnstitutu, Plexanov adına Rusiya İqtisad Universiteti, Sankt Peterburq Dövlət İqtisad Universiteti, Polşanın Seçin Universiteti, Rusiya EA-nın Sistemli analiz, İdarəetmənin problemləri institutları və digər elm mərkəzləri ilə sıx elmi əlaqələr yaratmışdır.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət