QISA BİOQRAFİK MƏLUMAT
30 yanvar 1984-cü ildə anadan olmuşdur.
Orta məktəbi Qaradağ rayonu 288 saylı orta məktəbi bitirmişdir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Gömrük işinin təşkili ixtisasına qəbul olmuşdur.
2005-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr Hazırlıq Mərkəzinin Gömrük işinin təşkili ixtisasının magistr səviyyəsinə qəbul olmuşdur.
2007-ci həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
2008-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin dissertant olmuşdur.
2012-ci ildə dissertasiya işini uğurla müdafiə etmiş və iqtisad üzrə fəlsəfə doktoru adını almışdır.
ƏMƏK FƏALİYYƏTİ
2007-2008-ci illərdə hərbi xidmətdə olmuşdur.
2008-ci Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Gömrük işinin təşkili kafedrasına baş laborant vəzifəsinə qəbul olmuşdur.
2013-cü ildən İqtisadiyyat və idarəetmə kafedrasında müəllim vəzifəsində çalışır.
2014-cü ildən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini vəzifəsində çalışır
TƏDQİQAT SAHƏSİ
Regionların sosial-iqtisadi inkişafı problemləri.