QISA BİOQRAFİK MƏLUMAT
1963-cü ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində anadan olmuşdur;
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1970-1980-ci illərdə Bakı şəhəri Şüvəlan qəsəbəsində 156 saylı orta məktəbdə təhsil almışdır;
1981-1986-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyət fakültəsində təhsil alaraq riyaziyyatçı, müəllim ixtisaslarına yiyələnmişdir;
1989-1992- ci illərdə Azərbaycan Respublikası EA Kibernetika İnstitutunun məqsədli aspiranturasının (Azərbaycan SSR Dövlət Plan Komitəsinin sifarişi ilə) əyani bölməsində 08.00.13- İqtisadi-riyazi üsullar ixtisası üzrə təhsilini davam etdirmişdir;
1999-cu ildə “Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycan Respublikasında xarici iqtisadi əlaqələrin modellədirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək 2000-ci ildə iqtisad elmlər namizədi elmi adı almışdır.
2011-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun iqtisad elmləri doktoru elmi dərəcəsi üzrə doktorantura pilləsinə 08.00.13 - Ekonometrika ixtisası üzrə qəbul olmuşdur;
2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən dosent elmi adına layiq görülmüşdür.
Hal-hazırda iqtisad elmləri doktoru elmi dərəcəsini almaq üçün “Xarici ticarət və əmək bazarı arasında iqtisadi əlaqələrin modəlləşdirilməsi” mövzusunda dissertasiyanı tamamlamaq məqsədilə tədqiqatlarını davam etdirir.
DÖVLƏT MÜKAFATLARI
21.10.2014. – Azərbaycan Respublikası Prezidentinin 798 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı
ƏMƏK FƏALİYYƏTİ
2015-ci ildən hal-hazıradək – “İqtisadiyyat və idarəetmə” kafedrasının tam ştat dosenti vəzifəsinfə əmək fəaliyyətini davam etdirir. Ümumiyyətlə, 1998-ci ildən pedaqoji fəaliyyələ məşğuldur.
2014-2015 – İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, elmi tədqiqatlar üzrə direktor müavini
2011-2014 – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi Elmi Tədqiqat İnstitutunda “Makroiqtisai modelləşdirmə” şöbəsi, şöbə müdiri
2009-2011 – Azərbaycan Universiteti, baş müəllimi
2006-2009 – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi Elmi Tədqiqat İnstitutu, “Elmi tədqiqatlar”, “İqtisadiyyatın modelləşdirilməsi” şöbələri, şöbə müdiri
2003-2006 – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzi, “Elmi tədqiqatlar” şöbəsi, aparıcı elmi işçi
1993-2003 – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzi, elmi işçi
1986-1989 – Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi Nazirliyi İnformasiya-Hesablama Mərkəzi, mühəndis-proqramist
TƏDRİS ETDİYİ FƏNLƏR
Ekonometrika
Statistika
İnsan resurslarının idarə edilməsi
Firmanın iqtisadiyyatı və s.
TƏDQİQAT SAHƏSİ
- insan resurslarının idarə edilməsi
- sosial-iqtisadi inkişaf proseslərinin riyazi modelləşdirilməsi
- xarici iqtisadi əlaqələr və əmək bazarı
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
11.07.2018-13.07.018 - “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda 6-ci Beynəlxalq konfrans, Bakı Azərbaycan
15.07.2016 – 17.07.2016 Uluslararası Öncü Öğretmenler Zirvesi [Kültürlerarası Eğitim ve Eğitimde Çokkültürlülük Deneyimleri], Makedoniya, Üskup
31.05.2016 – 01.06.2016 “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfrans, EİF və AMTU, Bakı, 2016
27.04.2016-28.04.2016 “İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər" mövzusunda Beynəlxalq Elmi Konfrans. SDU və ADİU, Sumqayıt şəhəri, 2016
01.09.2014-12.09.2014 Beynəlxalq Maliyyə Fondu və Birləşmiş Vyana İnstitutunun birgə təşkilatçılığı ilə "Makroiqtisadi proqnozlaşdırma" mövzusunda kurs, Avstriya, Vyana
02.05.2014-04.05.2014 “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda İV Beynəlxalq Konfrans, Bakı
04.12.2013-07.12.2013 "Müasir cəmiyyətin inkişafının iqtisadi-hüquqi paradiqması" mövzusunda Beynəlxalq elmi-praktik konfrans“, İntellektual kapital” 2013 – Donetsk-London II Beynəlxalq elmi-praktik konfransda juri, Ukrayna, Donetsk şəhəri
26.08.2013-06.09.2013 Beynəlxalq Maliyyə Fondu və Birləşmiş Vyana İnstitutunun birgə təşkilatçılığı ilə "Makroiqtisadi menecment və vergi siyasəti" mövzusunda kurs, Avstriya, Vyana
14.05.2012-16.05.2012 Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ÜTT-yə üzvlük üzrə Bilik Mübadiləsi Proqramı çərçivəsində Dünya Bankının təşkilatçılığı “Xidmətlərin liberializasiyası və ÜTT” mövzusunda seminar, Qazaxıstan, Almaatı
12.03.2012-14.03.2012 CAREC proqramı çərçivəsində “Kənd təsərrüfatı sektoru üzrə çoxtərəfli ticarət sistemində son inkişaf” mövzusunda beynəlxalq seminar, Avstriya,Vyana
31.03.2011 “Korporativ idarəetmə və iqtisadiyyatın innovasiya inkişafı” istiqamətində beynəlxalq elmi-praktiki konfrans, Bakı
30.05.2007-04.05.2007 Asiya İnkişaf Bankı “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsi üçün Texniki Yardım” layihəsi çərçivəsində “İqtisadi siyasət və təhlil” mövzusunda beynəlxalq treninq, Bakı
12.03.2007-16.03.2007 Asiya İnkişaf Bankı “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsi üçün Texniki Yardım” Layihəsi çərçivəsində “İqtisadi modelləşdirmə” mövzusunda beynəlxalq treninq, “EViews5 proqramı”, Bakı
14.11.2006-15.11.2006 “Dövlət İnvestisiya Siyasəti layihəsi (USAID)” çərçivəsində keçirilən “Dövlət sektorunda investisiyaların təhlili və idarə olunması” mövzusunda rəhbər işçilər üçün təlim seminarı, Bakı
04.12.2006-08.12.2006 Asiya İnkişaf Bankı “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsi üçün Texniki Yardım” layihəsi çərçivəsində “Neft Bumu Zamanı Makroiqtisadi Tənzimlənmə: Seçimlər və Strategiyalar” mövzusunda Beynəlxalq treninq, Bakı
25.09.2006-29.09.2006 Asiya İnkişaf Bankı “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsi üçün Texniki Yardım” Layihəsi çərçivəsində “İqtisadi siyasət və təhlil” mövzusunda beynəlxalq treninq , Bakı
16.08.2006-20.08.2006 Asiya İnkişaf Bankı “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsi üçün Texniki Yardım” Layihəsi çərçivəsində “İqtisadi modelləşdirmə” mövzusunda beynəlxalq treninq, GAMS proqramı, Bakı
2006 – Birləşmiş Millətlər İnkişaf Proqramının “Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə yardım” layihəsi çərçivəsində “Ticarət və əmək bazarının təhlili” mövzusunda treninq, Bakı
2006 – “Gender və İKT üzrə tədqiqatçılar üçün keçirilən treninq. Bakı, Azərbaycan Gender İnformasiya Mərkəzi, Bakı
SEÇİLMİŞ ƏSƏRLƏRİ
2016 – M.Rəsulova. “İnsan resurslarının idarə edilməsi konsepsiyasına nəzəri yanaşmalar.” “İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər” Beynəlxalq elmi konfransın materialları, II hissə, Sumqayıt,. s.472-475.
2016 – M.Rəsulova.,A.Hətəmli. Şəki-Zaqatala bölgəsində rekreasiya-turizmin inkişaf perspektivləri. “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları,“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalı, № 2,
2016 – M.Rəsulova., F.Mikayılov.Təhsil – yoxsulluğun çoxfaktorlu qiymətləndirilməsində əsas amil kimi (türk dilində). II Uluslararası öncül öğretmenler zirvesi, Makedoniya – Skopya, Bildiri və Atölye özetleri, s.54-55.
2015 – S.Aybar., M.Rəsulova., F.Qasımlı. Economic Diversification and Policy in Azerbaijan. Florya Chronicles of political economy. İstanbul, Türkiyə
2015 – M.Rəsulova., P.Heydərov. Fiziki fəaliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində dünya təcrübəsi, Beynəlxalq hüquq və inteqrasiya problemləri, BDU, Bakı
2014 – M.Rəsulova. M.Babaşlı. “Xarici ticarət əlaqələrinin müasir kəmiyyət təhlili modelləri”. Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun elmi əsərlər toplusu, xüsusi buraxılış, Bakı
2014 – M.Rəsulova. Identify Areas of Comparative Advantage Azerbaijan and some ECO Countries 2nd International Conference on Energy, Regional Integration, and Socio-Economic Development, ECO, EcoMod, Baku-2014
2014 – M.Rəsulova. Azərbaycanda əmək bazarının inkişaf problemlərinin bəzi məsələləri. “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya”, IV Beynəlxalq Konfrans, Bakı.
2013 – M.Rəsulova. A.İmanova. Ə.Yaqublu. Ü.İbrahimli. İqtisadiyyatın müxtəlif sahələrində vergi güzəştlərinin tətbiqinin səmərəliliyinin qiymətləndirilməsinə dair tövsiyələrin hazırlanması. Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri. İİETİ-nin elmi əsərlər toplusu, XIII buraxılış, Bakı,
2013 – M.Rasulova. E.Rustamov. Assessment of Economic Development Level on Regions in the Countries that are Member Countries of ECO. International Conference on Energy, Regional Integration, and Socio-Economic Development, ECO, EcoMod, Baku
2013 – M.Rasulova. E.Rustamov. Assessment of Economic Development Level on Regions in Azerbaijan and Ukraine Countries with diversification coefficient. Економіко-правова парадигма розвитку сучасного суспільства: збірник наукових праць за підсумками II Міжнародної науково-практичної конференції викладачів і аспірантів (м. Донецьк – Лондон, 6 грудня 2013 року). Донецьк – 101 с.
2013 – M.Rəsulova Azərbaycanın xarici ticarəti 20 ildə və ixracın diversifikasiyası. Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı Dövlət Universiteti, Bakı
2013 – M.Rasulova. Əmək bazarı və xarici ticarət arasında əlaqə. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu, Journal of Central Asian Economics, Vol.3., No.1. 2012, ISSN 2093-5773
2012 – M.Rasulova. “Sahələrarası əlaqələrin təsirləri nəzərə alınmaqla iqtisadi sahələr üzrə mənfəət vergisinin optimallaşdırılması”. Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun elmi əsərlər toplusu, XII buraxılış, Bakı.
2011 – M.Rasulova. İqtisadi göstəricilərin zaman sıralarının təhlili metodikası. Azərbaycan Milli Elmlər Akademiyası, Elmi İnnovasiyalar Mərkəzi , “Korporativ idarəetmə və iqtisadiyyatın innovasiya inkişafı” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans, Bakı.
2009 – M.Rasulova. Azərbaycan Respublikasında əsas makroiqtisadi göstəricilərin dinamik sıralarının təhlili. Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri İİET İnstitunun elmi əsərlər toplusu, IX buraxılış, Bakı
BEYNƏLXALQ VƏ ÖLKƏ SƏVİYYƏLİ LAYİHƏLƏRDƏ İŞTİRAK
2014 – Dünya təcrübəsi əsasında qeyri-neft sektoru və onun ixrac potensialının perspektivlərinin qiymətləndirilməsi istiqamətində təklif və tövsiyyələrin hazırlanması, İSN/ADA, büdcə layihəsi, böyük ekspert
2013 – Azərbaycan Respublikasında çoxölçülü meyarlar əsasında yoxsulluq indeksinin qiymətləndirilməsi, büdcə layihəsi, İİETİ, böyük ekspert
2012 – “Sahələrarası əlaqələrin təsirləri nəzərə alınmaqla iqtisadi sahələr üzrə mənfəət vergisinin optimallaşdırılması”, İİETİ, büdcə layihəsi, böyük ekspert
2011 – “İqtisadi fəaliyyət sahələrində sahələrarası əmək balansı əsasında iş yerlərinin yaradılmasının simulyasiya modelinin hazırlanması”, İİETİ, büdcə layihəsi, böyük ekspert
2008 – Azərbaycan Respublikası üçün əsas makroiqtisadi göstəricilərin dinamik sıralarının ekonometrik təhlili, İİETİ, məsul icraçı
2007-2008 – “Azərbaycan respublikasında sosial-iqtisadi inkişaf meyilləri”, İİETİ, büdcə layihəsi, ekspert
2007 – “Azərbaycanda inflyasiya və manatın nominal mübadilə məzənnəsi üzrə formalaşmış meyllərin yerli istehsalçıların rəqabət qabiliyyətliliyinə təsiri”, İİETİ, büdcə layihəsi, ekspert
2006-2007 – Asiya İnkişaf Bankı “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsi üçün Texniki Yardım”Layihəsi çərçivəsində Azərbaycan Respublikası üçün makroiqtisadi modellərin işlənilməsi, İİETİ, ekspert
2006 – “Beynəlxalq ticarət və əmək bazarı arasında əlaqə”, Birləşmiş Millətlər İnkişaf Proqramının “Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə yardım” layihəsi, Milli Qrup rəhbəri
2005-2006 – “Azərbaycan respublikasında sosial-iqtisadi inkişaf meyilləri”, İİM, büdcə layihəsi, böyük ekspert