QISA BİOQRAFİK MƏLUMAT
1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2001-2012- ci illərdə Bakı şəhəri Azad Hümbətov adına 291 satlı Araz Ekologiya liseyində təhsil almışdır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsini bitirmişdir.
2017-2019-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2020–ci ildən Odlar Yurdu Universitetinin Sahə iqtisadiyyatı üzrə doktorantura təhsili davam edir.
ƏMƏK FƏALİYYƏTİ
2019-cu ildə DSMF (Dövlət Sosial Müdafiə Fondu) da mütəxəssis kimi fəaliyyət göstərmişdir.
2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində müəllim olaraq çalışmaqdadır.
TƏDQİQAT SAHƏLƏRİ
- İnnovasiya potensialının mahiyyəti və strukturunun formalaşmasının konseptual məsələləri
- Aqrar sahədə innovasiyalı inkişaf potensialının formalaşması və reallaşdırılması mühitinin, mühit yaradan əsas amillərin aşkar edilərək səciyyələndirilməsi.
- Ölkədə aqrar sahənin innovasiya potensialının və innovasiya proseslərinin tədqiqinin informasiya təminatının faktiki səviyyəsinin qiymətləndirilməsi.
- Aqrar sahənin innovasiya potensialının rəqəmsal mühitdə tədqiqi üzrə yaranan imkanların aşkar olunması və onların reallaşdırılması yollarının müəyyən edilməsi.
- İnnovasiyalı inkişaf potensialının tədqiqi və reallaşdırılması prosesində istifadə olunan informasiya bazasının təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması.
- Aqrar sahədə innovasiya potensialının inkişafının strateji prioritetlərinin əsaslandırılması
TƏDRİS ETDİYİ FƏNLƏR
- Maliyyə
- Maliyyə uçotu
- Maliyyə və büdcə siyasəti
- İqtisadiyyata giriş
- Layihələrin idarə edilməsi
- Biznesin əsasları
- Sahibkarlığın əsasları
QRANT VƏ SERTİFİKATLAR
- 2021-ci ildə UNEC ECONOMIC FORUM “Digital transformation of the economy”adlı konfransda iştirak etmişdir.
- 2024 -cu ildə “International Conference Smart Environment and Green Technologies’’adlı konfransda iştirak etmişdir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Aqrar sahədə dayanıqlı inkişafın innovasiya potensialı və onun reallaşdırması istiqamətləri adlı məqalə Azərbaycan Dövlət İqtisad Universitetinin-Elmi xəbərləri jurnalında çap edilib. 2021, №9, s.118-128(İSSN 2306-8426)
- Aqrar sahədə innovasiyalı inkişaf potensialı və onun reallaşdırılması mühitinin dəyərləndirilməsinə yanaşmalar adlı məqalə Aqrar Tədqiqatlar Mərkəzi-Kənd Təsərrüfatının iqtisadiyyatı jurnalında çap edilib. 2022, №1(39), s.29-37(İSSN2788-8746, E-ISSN2788-8754)
- İnnovasiya potensialın tədqiqinin konseptual məsələləri adlı məqalə Azərbaycan KooperasiyaUniversiteti-Kooperasiya Elmi praktiki jurnalı çap edilib. 2022, №1(64), s.234-241. www.aku.edu.az
- Rəqəmsal transformasiyalar şəraitində innovasiya potensialının reallaşdırılması tədqiqi adlı məqalə Azərbaycan Memarlıq Və İnşaat Universiteti-Tikinti iqtisadiyyatı və Menecment jurnalında çap edilib. 2023. №2, s.234-242. İSSN2519-2507
- THE STATE OF INFORMATION SUPPORT FOR RESEARCHING THE POTENTIAL OF INNOVATIVE DEVELOPMENT IN THE AGRICULTURAL SECTOR adlı məqalə Світ наукових досліджень jurnalında çap edilmişdir. Випуск 29 s.15-19.ISSN 2786-6823.
- Стратегические приоритеты развития инновационного потенциала в аграрной сфере adlı məqalə ЭКОНОМИКАИ ПРЕДПРИНИМАТЕЛЬСТВО çap edilmişdir. №10 (159)2023.s.76-80.ISSN 1999-2300
DİL BİLİKLƏRİ
Azərbaycan, ingilis və türk dillərini bilir.