BDU-nun Maliyyə və menecment kafedrasının böyük laborantı
QISA BİOQRAFİK MƏLUMAT
1989-cu il 06 may – tarixində Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan şəhərində anadan olub
2006-cı ildə - Bakı şəhərindəki, Suraxanı rayonu 146 saylı orta məktəbi bitirib.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2006-2010-cu ildə – Naxçıvan Dövlət Universiteti, bakalavr, İqtisadiyyatın tənzimlənməsi ixtisası
2010-2013-cü ildə – Azərbaycan Dövlət İqtisad Universiteti, magistr, İqtisadiyyatın tənzimlənməsi
ixtisası
2019-cu ildən – Azərbaycan Koorperasiya Universitetinin 5308.01 Ümumi İqtisadiyyat ixtisası üzrə
doktorantıdır.
ƏMƏK FƏALİYYƏTİ
2013-2017-ci illərdə - Dövlət qulluğunda aparıcı mühasib vəzifəsində çalışmışdır.
2018-ci ildən - Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat
kafedrasının, 2022-ci ildən Maliyyə və menecment kafedrasının böyük laborantı vəzifəsində çalışır.
TƏDRİS ETDİYİ FƏNLƏR
– “İqtisadiyyatın tənzimlənməsi”
– “Siyasətin təhlilində iqtisadiyyat”
– “İqtisadiyyatın əsasları”
TƏDQİQAT SAHƏSİ
- Azərbaycanda xarici ticarət əlaqələrinin səmərəli yüksəldilməsi istiqamətləri
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1.“Xarici ticarətin təşkilinin əsasları və inkişaf xüsusiyyətləri” adlı məqalə “Kooperasiya” Universitetinin elmi-praktiki jurnalında çap olunub.
2. “Xarici ticarət əlaqələrinin müasir vəziyyətinin təhlili və mövcud problemlərin müəyyənləşdirilməsi” adlı tezislə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Pandemiyanın Dünya ölkələrinin sosial-iqtisadi inkişafına təsiri problemləri” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransında iştirak edib.
3. “Особенности развития внешней торговли азербайджана” adlı tezisi Belarusiyada çap olunub.
4. «Анализ современного состояния внешнеторговых отношений Азербайджанской Республики» adlı məqalə Rusiyada çap olunub.
5. “Azərbaycan xarici ticarət əlaqələrinin milli iqtisadiyyata təsirinin səmərəliliyinin qiymətləndirilməsi” adlı məqalə “Şuşanın sosial-iqtisadi dirçəldilməsi –Azərbaycanın tərəqqisının yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin elektron məqalə toplusunda çap olunub.