ƏLİ ƏHMƏDOV

ƏLİ ƏHMƏDOV

ƏLİ ƏHMƏDOV

Kafedra müdiri, Fəlsəfə elmləri namizədi, professor

Tel.: +(994) 12 539 08 71

QISA BİOQRAFİK MƏLUMAT

Ə.C.Əhmədov 1953-ci il 27 yanvarda Ermənistanın Krasnoselski rayonunun Dərəkəndində anadan olmuşdur. 1970-ci ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş, sonradan təhsilini Moskva şəhərində davam etdirmişdir. 1976-1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyada işləmişdir. 1978-ci ildən BDU-nun Politologiya və Sosiologiya kafedrasında çalışır. 1997-ci ildən həmin kafedranın müdiridir. Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi, Milli Məclisin deputatıdır. Professor Ə.C.Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini – İcraçı katibi kimi respublikada geniş ictimai-siyasi fəaliyyət göstərir, dövlət quruculuğu prosesinə, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən mübarizəyə ciddi töhvələr verir. Bununla yanaşı, o, yeni cəmiyyət quruculuğu üçün kadr hazırlığına xüsusi diqqət yetirir. 1 dərsliyin (mərhum H.Şirəliyevlə birlikdə), 6 monoqrafiyanın və 60-a yaxın məqalənin müəllifidir.


TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1970-ci ildə BDU-ya daxil olub, sonradan təhsilini Moskva şəhərində davam etdirib.


ƏMƏK FƏALİYYƏTİ

1976-1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyada işləyib.
1978-ci ildən BDU-nun Politologiya və Sosiologiya kafdrasında çalışır.
1998-ci ildən Politologiya və Sosiologiya kafedrasının müdiridir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini, partiyanın icra katibi, Milli Məclisin deputatıdır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət