QISA BİOQRAFİK MƏLUMAT
1941-ci ildə martında Ağsu rayonunda anadan olmuşdur.
1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1963-1965-ci illərdə Kürdəmir rayonundakı “Bolşevik” sovxozunda 8-illik məktəbdə müəllim işləmişdir.
1965-1967-ci illərdə Kürdəmir rayonundakı Böyük Kəngərli 8-illik məktəbinin direktoru olmuşdur.
1967-1970-ci illərdə BDU-nun Fəlsəfə kafedrasının əyani aspirantı olmuşdur.
1970-1974-ci illərdə BDU-nun Elmi kommunizm kafedrasının müəllimi və baş müəllim,
1971-ci ildə namizədlik dissertasiyası müda fiə etmişdir. Bir neçə Beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
1974-1991-ci illərdə həmin kafedranın dosenti,
1992-2006-cı illərdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı işləmişdir.
2009-cu ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşdür. Onun rəhbərliyi altında ondan çox doktorant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. 1 broşuranın, 5 kitabın, 80-ə qədər elmi məqalənin müəllifidir. 2007-ci ildə Sosiologiya ixtisası üzrə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür.
Hal-hazırda Politologiya və Sosiologiya kafedrasının dosentidir.
2016-cı ilin iyun ayından Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrası müdirinin müavini vəzifəsinə təyin edilmişdir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali təhsilli.
1972-ci ildə «Ömər Faiq Nemanzadənin dünyagörüşü» mövzusunda namizədlik dissretasiyası müdafiə etmişdir; fəlsəfə üzrə fəlsəfə doktorudur.
1974-cü ildən BDU-nun dosentidir.
ƏMƏK FƏALİYYƏTİ
1963-1965-ci illərdə Kürdəmir rayonundakı «Bolşevik» sovxoz 8-illik məktəbinin müəllimi
1965-1967-ci illərdə Kürdəmir rayonundakı Böyük Kəngərli 8-illik məktəbinin direktoru
1967-1970-ci illərdə BDU-nun Fəlsəfə kafedrasının aspirantı
1970-1974-ci illərdə BDU-nun Politologiya və sosiologiya kafedrasının müəllimi və baş müəllimi
1974-1991-ci illərdə həmin kafedranın dosenti
1992-2006-cı illərdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı
1991-hal-hazıradək Sosiologiya kafedrasının dosenti
Apardığı dərslər: Ümumi sosiologiya, Sosioloji tədqiqatın metodologiyası və metodikası (bakalavr pilləsində) , İdarəetmə sistemində mənəvi-psixoloji amillərin rolu, Sosiologiya elminin müasir problemləri (magistratura pilləsində )
80-ə qədər məqalə və tezisin, 1 broşüranın, 1 monoqrafiyanın, 5 kitabın müəllifidir.
10-dan çox elmlər namizədi yetişdirmişdir.
TƏDQİQAT SAHƏSİ
- şəxsiyyət problemi
- dünyagörüşü məsələləri
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2006-cı il, Bakı, Qafqazda İslam sivilizasiyası.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Müasir gənclik:mənəvi-idraki fəallıığın bəzi məsələləri. Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. №13. I cild. Bakı 2014. s.3-8.
- Təlimdə geridə qalmanın sosial-psixoloji aspektləri. Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. №13. II cild. Bakı 2014. s.85-89.
- Gənclik:axtarışlar və seçimlər. Cəmiyyətdə şəxsiyyətin yaradıcı potensialının inkişaf etdirilməsi yolları. Respublika elmi praktik konfransının materialları. Bakı. 2014. s.80-85.
- Asudə vaxtın sosiologiyası:bəzi qeydlər. Sosial proseslərin təhlilində İKT-lərin tətbiqi xüsusiyyətləri. Bakı.2015. s.189-193
- Şəxsiyyətin sosiologiyası. proq. Bakı.2015
- Sosial sferada menecment. proq. Bakı.2015
KİTABLAR
1977, «Elmi dünyagörüşünün formalaşması zəhmətkeşlərin kommunist tərbiyəsinin tərkib hissəsidir»
1987, «Ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşması» (həmmüəlliflə).
1994, «Sosiologiya». Dərs vəsaiti (həmmüəlliflərlə).
2005, «Sosiologiya». Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
2008, «Sosiologiya» Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
2008, «Jurnalistika və sosiologiya». Dərs vəsaiti. (həmmüəlliflə).
2013, «Sosiologiya» Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
2002-2004-ci illərdə Rusiya, Polşa və Azərbaycanda «Kənd həyatı» tematikası üzrə sosioloji sorğunun təşkilatçılardan biri olmuşdur.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Bakı Dövlət Universiteti (xüsusi buraxılış). Bakı: BDU nəşriyyatı, 1994(həmmüəlliflərlə).
- Sosioloji tədqiqatların metodologiyası və metodikası. Proqram. Bakı: 2011(həmmüəlliflə).
- Şəxsiyyəstin sosiolgiyası. Proqram. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2015(həmmüəlliflərlə).
- Hakimiyyət münasibətlərinin qlobal səviyyəsi: bəzi qeydlər// XXI əsr: mülahizələr, düşüncələr. Bakı: “Turan evi” nəşriyyatı, 2011.
- Mənəvi-psixoloji amillər idarəetmə sisteminin zəruri komponentləri kimi// Qloballaşma şəraitində sosial problemlərin həlli yolları. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2012.
- Kollektivin mənəvi-psixoloji iqlimi şəxsiyyətin inkişafının mühüm amili kimi// Qloballaşma şəraitində sosial problemlərin həlli yolları. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2013.
- Müasir gənclik: mənəvi-idraki fəallığın bəzi məsələləri// Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. Buraxılış 13, cild 1, Bakı: 2014.
- Təlimdə geri qalmanın sosial-psixoloji aspektləri// Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. Buraxılış 13, cild 2, Bakı: 2014 (həmmüəlliflərlə).
- Ayrıca halların öyrənilməsi spesifik tədqiqat metodu kimi/ Təhsil, şəxsiyyət və cəmiyyət. Bakı:2014.
- Azərbaycan-Türkmənistan arasında əlaqələr// Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əsərlər toplusu. Buraxılış 14, Bakı: 2015 (həmmüəlliflə).
- Asudə vaxtın sosiologiyası: bəzi qeydlər. Sosial proseslərin təhlilində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusiyyətləri. Bakı: Azəri poliqrafiya, 2015.
- Təşkilata rəhbərliyin bəzi sosial-psixoloji məsələləri // “Müasir dövrdə effektiv idaəetmənin problemləri” mövzusunda respublika konfransının materialları (28-29 oktyabr 2016-cı il). Bakı: 2016 (həmmüəlliflə).
- Vergi sisteminin idarə olunmasında ictimai iştirakçılıq problemi/ Sosial elmlər və psixologiya fakültəsinin 25 illik yubileyinə həsr olunmuş “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi-praktik konfransının materialları. Bakı: 2016 (həmmüəlliflə).