İSMAYIL EYYUBOV

İSMAYIL EYYUBOV

İSMAYIL EYYUBOV

Fəlsəfə elmləri namizədi, dosent

Tel.: (+99412) 539-08-71

QISA  BİOQRAFİK MƏLUMAT

1940-cı il may ayının 25-də Qəbələ rayonunun (keçmiş Qutqaşen rayonu) Vəndam  kəndində anadan olmuşdur.

1957-ci ildə Vəndam orta məktəbini bitirmişdir.

1958-1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Qəzet Jurnal Birləşmiş nəşriyyatında mürəttib-linotipist işləmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1960-cı ildə BDU-nin Şərqşünaslıq fakültəsinin Kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. 1965-ci ildə Kitabxanaçılıq fakültəsini bitirmişdir.
1966-1969-cu illərdə Bakı Dövlət Universitetinin Elmi kitabxanasında biblioqraf işləmişdir.
1970-ci ildən başlayaraq universitetin "Elmi Kommunizm" kafedrasında laborant, müəllim və baş müəllim işləmişdir.
1970-1972-ci illərdə Bakı Axşam Marksizm-Leninizm Universitetinin fəlsəfə fakültəsində oxumuş
1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1982-ci ildə Fəlsəfə elmləri üzrə namizədlik dissertasiya müdafiə etmiş,
1982-ci il iyun ayında fəlsəfə elmləri namizədi diplomunu almışdır.
1990-cı il dekabr ayında dosent diplomunu almışdır.
1968-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.
1970-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və radio verilişləri Komitəsinin xüsusi müxbiri olmuşdur. Hal-hazırda  Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.


ƏMƏK FƏALİYYƏTİ

1958-ci ildə əmək fəaliyyətinə başlamış. Hal-hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin "Politologiya və Sosiologiya" kafedrasında dosent vəzifəsində çalışır.


TƏLTİFLƏRİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 dəfə Fəxri Diplomunu almışdır.

2009-cu ildə Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqının "Qızıl Qələm" mükafatını almışdır.

2014-cü ildə   Azərbaycan Respublikası Təhsil Nazirinin Fərmanı ilə " Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi " döş nişanı ilə təltif edilmişdir.


TƏDRİS ETDİYİ FƏNLƏR

Hal-hazırda Bakı Dövlət Universitetinin müxtəlif fakültələrində bakalavr və magistr tələbələrinə:

– Politologiya

– Sosiologiya

– Azərbaycanın siyasi təlimlər tarixi

– Demoqrafik siyasət

– Dini münaqişələr

– Mənəvi sahədə münaqişələr və s. fənlərdən dərs deyir.

ELMİ TƏDQİQAT SAHƏSİ

" Azərbaycan siyasi təlimlər tarixi", "Demoqrafik siyasət" sahələri üzrə elmi tədqiqat işləri aparır.


KİTABLARI

  1. "Vətənin igid övladları" (Y.A.Məlikovla birlikdə), Bakı, Gənclik nəşriyyatı, 1983 il.
  2. "Sağlam məişət sosial nailiyyətdir". Bakı, Azərnəşr, 1990 il.
  3. " XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda siyasi fikir". (N.İbadovla birlikdə), BDU-nun nəşri, Bakı, 1996 il.
  4. "Ölüm sevinməsin qoy". Xatirələr kitabının tərtibçisi, Bakı, Nurlan nəşriyyatı, 2007 il.
  5. "Azərbaycanın siyasi təlimlər tarixi". Dərslik, Bakı, 2011 il.
  6. "Azərbaycanın siyasi təlimlər tarixi". - yenidən işlənmiş geniş variantı. Dərslik, Bakı, 2017 il.

7."Demoqrafik siyasət".(V.Orucovla  birlikdə) Dərslik, çapdadır.


METODİK VƏSAİTLƏR

" XIX  əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda siyasi fikir".(N.İbadovla birlikdə) Dərs vəsaiti. BDU-nun nəşri, 1996 il.

"Azərbaycanın siyasi təlimlər tarixi" Topluda, Bakı, 2011 il.

"Demoqrafik siyasət". Bakı, 2014 il.


SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ümumiyyətlə 100-ə yaxın elmi məqalələr  jurnallarda dərc olunmuşdur:

  1. Azərbaycanda demokratik siyasətin həyata keçirilməsində yeni mərhələ ( İlham Əliyevə həsr olunur). Təhsil, Mədəniyyət İncəsənət jurnalı № 2.Bakı, 2003-cü il.
  2. Müasir dövrdə Azərbaycanda miqrasiya problemləri. Gənc tədqiqatçıların müstəqillik yolları: problemlər perspektivlər mövzusunda elmi praktik konfransın  materialları  19  dekabr   2003. Bakı, 2004-cü il.
  3. Tələbələrin estetik tərbiyəsində müəllimin rolu. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi əsərləri № 1, Bakı,2007.
  4. Bakı Dövlət Universitetinin keçdiyi tarixi yol. BDU-nun 90 illik yubileyinə həsr olunmuş konfransın elmi materialları. 30-31 oktyabr, 2009. Bakı,2009.
  5. Sahib Təbrizinin ictimai-siyasi görüşləri.- Müasir dövrün aktual problemləri. № 3. Bakı,2010.
  6. Nizami Gəncəvinin ictimai-siyasi görüşləri - Müasir dövrün aktual problemləri N=4. Baı,2010
  7. "Müstəqil Azərbaycan Dövlətinin möhkəmlənməsində İlham Əliyevin rolu" - Sosial və humanitar  elmlərin müasir problemləri. Jurnal №7, Bakı, 2012 il.

8."XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan Maarifçilərinin demokratik siyasi fikirləri". - Sosial və humanitar elmlərin müasir problemləri.  Jurnal № 11, Bakı, 2013 il.

  1. "Bakı Dövlət Universiteti  Azərbaycan xalqının milli sərvətidir". - Qloballaşma şəraitində diplomatik münasibətlərin iqtisadi və siyasi xüsusiyyətləri. BDU-nun nəşri, Bakı, 2014 il.
  2. "Nəriman Nərimanovun ictimai-siyasi görüşləri (1870-1925). Azərbaycanın iqtisadi inkişafı və dövlət quruculuğu Beynəlxalq münasibətlər sistemində. BDU-nun nəşri, Bakı , 2015 il.

11."Mirzə Məhəmməd Əli Kazım bəyin ictimai-siyasi görüşləri (1802-1870). - Sosial humanitar elmləri müasir problemləri. Jurnal № 14, Bakı, 2015 il.

  1. "Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində  İlham Əliyevin rolu". (İngilis dilində)- İqtisadi və siyasi elmlər. Jurnal № 3, Bakı, 2016 il.

    13. Azərbaycanın siyasi təlimlər tarixi dərslik (yenidən təkmilləşdirilmiş forması). Bakı,2017.

Müəllif dövrü mətbuatda 200-dən artıq müxtəlif mövzulara aid məqalələr də dərc etdirmişdir.


İ.EYYUBOV HAQQINDA DÖVRÜ MƏTBUATDA

  1. Qoşa adla qoşa addımla. Azərbaycan müəllimi , 8 sentyabr 1982-ci il.
  2. Mənalı həyat yolu - Bakı Universiteti qəzeti - 21 iyun, 2000-ci il.
  3. Mənalı həyat yolu. - Azərbaycan müəllimi - 5-11 oktyabr, 2000-ci il.
  4. Mənalı həyat yolu .- Respublika qəzeti, 5 oktyabr, 2010-cu il.
  5. Metodik tədris vasitələri, monoqrafiyalar müəllifi.  XX -XXI əsrin yaradıcı və siyasi insanları. III hissə. Bakı, 2011.
  6. Eyyubov İsmayıl Əhməd oğlu- Güc birlikdə və bilikdədir. Ziyalımızı tanıyaq. Kitabı. Bakı,2016.
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət