QISA BİOQRAFİK MƏLUMAT
14 oktyabr 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali təhsilini bakalavr və magistr pillərində Bakı Dövlət Üniversiteti “Sosial elmlər və Psixologiya” fakültəsində, doktorantura təhsilini isə Türkiyə Respublikası Uludağ Universitetində politologiya ixtisası üzrə tamamlanmışdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Doktorantura diplomu Ali Attestasiya Komissiyası tərəfindən 15 yanvar 2013-cü il tarixli diplom ilə nostrafikasiya olunmuşdur.
ƏMƏK FƏALİYYƏTİ
2009-2012-ci illərdə Heydər Əliyev Fondu Türkiyə nümayəndəliyində, 2012-2015-ci illərdə isə Azərsu ASC-də layihə idarəetmə qrupunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1 dekabr 2015-ci il tarixdən etibarən Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasının 0,5 ştat müəllimidir.
TƏLTİFLƏRİ
2004-2011 Azərbaycan Respublikası Təhsil Nazirliyi Xaricdə dövlət xətti ilə təhsil proqramı
2004-2011 Türkiyə Respublikası Milli Eğitim Bakanllığı doktora burs proqramı
TƏDRİS ETDİYİ FƏNNLƏR
Political Science (ingilis dilində), Siyasi mədəniyyət, Konfliktologiya, Siyasi proses və siyasi liderlik, Siyasi təlimlər tarixi
TƏDQİQAT SAHƏSİ
Siyasi idelogiyalar və siyasi mədəniyyət, dünya siyasəti və geosiyasi proseslər, müqayisəli siyasət və siyasi doktrinalar
KİTABLAR
Avrasiyaçılıq – Rusiya və Türkiyə örnəkləri müqayisəli oxuma, Ankara – Doğu Batı nəşriyyatı, 2011, 405 səhifə
METODİKİ VƏSAİTLƏR
Avrasiyaçılıq, Diplomatiya Tarixi – 1, (red.) Barış Özdal, Kutay Karaca, Bursa- Dora nəşriyyatı, 2013, dərs vəsaiti
SEÇİLMİŞ ƏSƏRLƏRİ
“Rus Avrasyacılığı ve Jeopolitik Bir Varlık Olarak Doğu Algısı”, Rusya’nın Doğu Politikası, (red.) Sezgin Kaya, Istanbul: Ekin, 2013. Səhifə 1-38.