NAZİM İBADOV

NAZİM İBADOV

NAZİM İBADOV

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Tel.: (+99412) 539-08-71

QISA BİOQRAFİK MƏLUMAT

1955-ci ildə Ucar rayonunda anadan olmuşdur.

1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir.

1984-cü ildə “Şəhər və kəndin sosial yaxınlaşmasında aqrar-sənaye inteqrasiyasının rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1977-ci ildən BDU-nun indiki Politologiya və sosiologiya kafedrasında çalışır.

Ailəlidir, üç övladı var.


TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsillidir (1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir).

1984-cü ildən fəlsəfə üzrə fəlsəfə doktorudur.

2003-cü ildə dosent elmi adı almışdır.


ƏMƏK FƏALİYYƏTİ

1977-ci ildən Bakı Dövlət Universitetinin indiki Politologiya və sosiologiya kafedrasında əmək fəaliyyətinə başlamışdır, hazırda Politologiya və sosiologiya kafedrasında dosent  vəzifəsində çalışır.


TƏDRIS ETDIYI FƏNLƏR

Politoliya, sosiologiya, müqayisəli politologiya  (bakalavr pilləsində) və partologiya (siyasi partiyaları öyrənən elm), qlobal təhlükəsizlik, iqtisadi və sosial təhlükəsizlik (magistratura pilləsində) fənlərini tədris edir.


TƏDQİQAT SAHƏSİ

Müasir siyasi ideologiyalar


KİTABLAR

Politologiya (dərslik) Bakı., 2008 (həmmüəlliflərlə) ;

Müqayisəli politologiya (dərs vəsaiti) Bakı., 2010 ;

Politologiya (dərs vəsaiti) Bakı., 2017 (həmmüəlliflə) ;


METODİKİ VƏSAİTLƏR

– “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda siyasi fikir” (metodik vəsait) Bakı., 1996 (həmmüəlliflə) ;

– Politologiya (proqram) Bakı., 2014 (həmmüəlliflərlə) ;

– Partologiya (proqram) Bakı., 2014 (həmmüəlliflə) ;

– Müqayisəli politologiya (proqram) Bakı., 2014 ;


SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Politologiya fənninin proqramı. Proqramlar toplusu. B., 2008
  2. Müqayisəli politologiya fənninin proqramı. Proqramlar toplusu. B., 2008
  3. Azərbaycan və Fransa respublikasının dövlət idarəçiliyinin müqayisəli təhlili. Sosial-siyasi problemlər elmi məqalələr toplusu. B., 2003
  4. Siyasi partiyaların fəaliyyətinin hüquqi təsisatlandırılmasının bəzi istiqamətləri. Tarix və onun problemləri. 4-cü buraxılış. B., 2006
  5. H.Əliyev siyasi kursu Azərbaycanda legitim hakimiyyətin formalaşmasına təminatdır. Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası. B., 2007
  6. Ulu öndərin iqtisadi strategiyası ölkəmizin qüdrətinin daim artmasına təminat yaradır. Azərbaycan qəzeti, 15 iyun 2007-ci il
  7. Majoritar və proporsional seçki sistemləri müqayisəli tədqiqatlarda. Müasir dövrün sosial-siyasi və iqtisadi problemləri (məqalələr toplusu) B., 2008
  8. Müstəqil Azərbaycanın Müdrik banisi. Yeni Azərbaycan qəzeti, 15 iyul 2008-ci il
  9. Siyasi mədəniyyətin təsnifatına müqayisəli yanaşma. “Tarix və onun problemləri” jurnalı. № 1-2. Bakı-2009.
    10.Cəmiyyətin modernləşməsi və tranzit problemləri  (həmmüəlliflə) Tarix və onun problemləri. B.,2011
    11.Müstəqillik  əldə edildikdən sonra Azərbaycan Respublikasının milli təhlükəsizlik sistemi: qurulması və təmin olunması. (həmmüəlliflə) Beynəlxalq münasibətlər, milli təhlükəsizlik, geoiqtisadiyyat və geosiyasətin fundamental və tətbiqi problemləri (elmi-praktik konfrans) B., 2015
  10. Azərbaycan Respublikasında modernləşmənin sosial-siyasi aspektləri. (həmmüəlliflə) İqtisadi və siyasi elmlər jurnalı (elmi, analitik, praktiki)B., 2016
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət