QISA BİOQRAFİK MƏLUMAT
30 oktyabr 1979-cu ildə Sumqayıt şəhərində anadan olub.
1996-cı ildə Bakı şəhərində orta məktəbi fərqlənmə ilə bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2001-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasının bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2008-ci ildə “Azərbaycanın Avropa Şurası ilə əlaqələri: siyasi əməkdaşlığın istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
ƏMƏK FƏALİYYƏTİ
2005-2018-ci illərdə BDU-nun Politologiya və sosiologiya kafedrasında saathesabı müəllim, 2018-ci ildən isə 0,5 ştat müəllim vəzifəsində çalışır.
TƏLTİFLƏRİ
2009-cu ildə BMT-nin “Qadın zorakılığına qarşı mübarizə” adlı beynəlxalq layihəsində iştirak etmiş və sertifikat almışdır.
2010-cu ildə BMT-nin “Minilliyin çağırışı” layihəsində “Gələcək nəsillərlə üz-üzə” müsabiqəsinin eksperti olmuş və Təhsil Nazirliyinin diplomuna layiq görülmüşdür.
29 noyabr 2018-ci ildə AMEA-da keçirilmiş “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransında iştirak etmiş və sertifikat almışdır.
TƏDRİS ETDİYİ FƏNLƏR
- Politologiya
- Politologiya və geosiyasət
- Sosiologiya
- Parlamentarizm: tarixi və müasirlik
- Regional və beynəlxalq təşkilatlar
- Siyasi sistemin sabitliyi problemi
- Təcavüzkar separatizm və milli təhlükəsizlik
- Siyasi elmin tarixi və metodologiyası
- Tədqiqat metodlarının əsasları
2 monoqrafiya, 2 proqram, 1 dərs vəsaiti və 30-dan çox məqalənin müəllifidir.
TƏDQIQAT SAHƏSI
Siyasi tədqiqat metodları
Siyasi sistemin sabitliyi
Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri.
KİTABLAR
Azərbaycanın Avropa Şurası ilə əlaqələri: siyasi əməkdaşlığın istiqamətləri (monoqrafiya). Bakı: Şirvannəşr, 2007
XX əsrdə azərbaycanlıların deportasiyası (tarixi sənədlər və faktlar əsasında) (monoqrafiya)). Almaniya, 2019
METODİKİ VƏSAİTLƏR
Siyasi tədqiqat metodları.Dərs vəsaiti. Bakı, 2019
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsində Avropa Şurasının rolu//Tarix və onun problemləri. Bakı, 2006, № 4
- Avropa Şurasının strukturu və fəaliyyət prinsipləri // Elmi axtarışlar. XXVII buraxılış. Bakı, 2006
- Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və onların icra vəziyyəti // Elmi axtarışlar. XXIX buraxılış. Bakı, 2006
- Роль Совета Европы в создании «Европейского дома» // Аспирант и соискатель. Москва, 2009, № 3
- Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının istiqamətləri // Elmi əsərlər. Naxçıvan, 2011, №1
- Silahlı münaqişələr zamanı fiziki zorakılıq və onun sosial nəticələri / “Geoiqtisadiyyat və geosiyasətin qarşılıqlı təsiri” mövzusunda elmi-praktiki konfrans. Bakı, 2014
- Qloballaşma dövründə mədəni müxtəliflik // “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda beynəlxalq elmi konfrans. Sumqayıt, 2018
- XX əsrdə azərbaycanlıların deportasiyası: səbəbləri, mərhələləri və nəticələri/ “Qafqazda deportasiyalar” mövzusunda Respublika elmi konfransı.Bakı, 2018
- Beynəlxalq terrorizm: strategiyası və ona qarşı mübarizənin hüquqi əsasları/“Cəmiyyətin informasiyalaşmasının dövlətin daxili və xarici siyasətinə təsirinin iqtisadi, siyasi və sosial aspektləri” mövzusunda elmi-praktiki konfransın materialları (26 noyabr 2018 ci il). Bakı, 2018