XATİRƏ ƏFƏNDİYEVA

XATİRƏ ƏFƏNDİYEVA

Fəlsəfə elmləri namizədi, dosent

Tel.: (+99412) 539 08 71

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1967-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuşdur. 
1984-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 
1986-cı ildə təhsilini qiyabi şöbədə davam etdirərək, həmin ildən “Politologiya və sosiologiya” kafedrasında laborant, baş laborant və kabinet müdiri işləmişdir. 1997-ci ildə “Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi dövründə şəxsiyyətinin siyasi fəallığı” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 
1999-cu ildən müəllim vəzifəsində çalışır. Hal-hazırda kafedranın dosentidir. 2 kitabın, 30-dan çox məqalənin müəllifidir.


TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1984-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olmuş, 1986-cı ildə ailə vəziyyətimlə əlaqədar qiyabi şöbəyə keçmiş və 1991-ci ildə bitirmişəm.

1997-ci ildə «Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi dövründə şəxsiyyətin siyasi fəallığı» mövzusunda dissertasiya işini müdafiə etmiş və 1998-ci ildən fəlsəfə elmləri namizədiyəm.


ƏMƏK FƏALİYYƏTİ

1986-cı ildən «Politologiya və sosiologiya» kafedrasında laborant, baş laborant və kabinet müdiri işləmişəm, 1999-cu ildən 0,5 ştat, 2006-cı ildən isə tam ştat müəllim və dosent əvəzi vəzifəsində çalışıram. 
İşlədiyim müddətdə 20 məqalə və tezisin, 2002-ci ildə nəşr olunmuş «Politologiyadan 100 sxem» adlı metodik vəsaitin (şərikli), 2008-ci ildə nəşr olunmuş «Proqramlar toplusunda» «Siyasət nəzəriyyəsi» proqramının müəllifiyəm. 2009-сu ildə«Sosiologiya və politologiya fənnindən mühazirə mətnləri» dərs vəsaiti (şərikli) çapa buraxılıb. 
Təhsilin bakalavr pilləsi üzrə «sosiologiya və politologiya», «siyasət nəzəriyyəsi», magistr pilləsi üzrə «siyasi təhlükəsizlik», «qloballaşma prosesinin siyasi aspektləri», «müasir Azərbayjanda siyasi proseslərin inkişaf dinamikası», «siyasi proseslərin hüquqi təminatı», «qloballaşma prosesi və milli təhlükəsizlik» kurslarından mühazirələr oxuyuram.



TƏDQİQAT SAHƏSİ

2009-2011-ci illər üçün “Siyasi sistem nəzəriyyələrinin xüsusiyyətləri”.
2009-“Siyasi sistemlərin modelləri”
2010-“Siyasi sistemlərin təsnifatı”
2011-“Azərbaycan Respublikasının siyasi sistemi”


SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. “Şəxsiyyətin siyasi fəallığı”, Elm və həyat jurnalı, №1, 1995.
  2. “Gənclərin siyasi fəallığının bəzi xüsusiyyətləri”, M.Ə.Rəsulzadə adına BDU-nun aspirantların və gənc tədqiqatçıların elmi konfransının materialları, 1995
  3. “Müasir şəraitdə kütləvi – siyasi fəallığın yaradılması”,  Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, 1995.
  4. “Konstitusiyanın tədrisi və siyasi fəallığın yaradılması”, Ümumtəhsil məktəblərin aktual problemləri mövzusunda ali məktəblərarası elmi-paktik konfransın tezisləri, 1996.
  5. “Dil siyasəti və siyasi fəallıq”, Dil və ədəbiyyat jurnalı, 1996.
  6. “Şəxsiyyətin siyasi sosiallaşması”, Azərbaycan EA-sı, Ekologiya, fəlsəfə, mədəniyyət jurnalı, 12 buraxlış, Qartal – 1997.
  7. “Demokratikləşmə prosesində şəxsiyyətin siyasi fəallığının yüksəlməsi”, Azərbaycan EA-sı, Ekologiya, fəlsəfə, mədəniyyət jurnalı, 13 buraxlış, Mütərcim – 1997.
  8. “Demokratiya və şəxsiyyət”, Hüquqi dövlət və qanun jurnalı, №10, 1999.
  9. “İqtisadi və sosial dəyişikliklərin siyasi fəallığa təsiri”, Tarix və onun problemləri jurnalı, №3-4, 1999.
  10. “Şəxsiyyətin siyasi şüuru siyasi fəallığın zəruri şərtidir”, M.Ə.Rəsulzadə adına BDU-nun 80 illiyinə həsr olunmuş Elmi konfransın materialları, 2000.
  11. “Azərbaycan hüquqi dövlət quruculuğu yolunda”, Tarix və onun problemləri jurnalı, №1, 2001.
  12. “Cəmiyyət və dövlətin hüquqi əsasları”, Tarix və onun problemləri jürnalı, №3-4, 2001.
  13. “Vətəndaşların azadlıq və hüquqlarının qorunması” Tarix və onun problemləri jurnalı, №3, 2002.
  14. “Azərbaycan Respublikasında vətəndaşların seçki hüququ”. Tarix və onun problemləri jurnalı, № 3, 2003.
  15. Vətəndaş cəmiyyəti və hüquqi dövlət. Tarix və onun problemləri, jurnalı, №4, 2004
  16. Qlobal əlaqələr sistemində Azərbaycanın yeri və rolu. Xəbərlər, Azərbaycan Dillər Universiteti, № 7, 2006
  17. “Mühafizəkarlıq siyasi ideologiya kimi”. Tarix və onun problemləri jurnalı, №4, 2008.
  18. “Siyasət nəzəriyyəsi” proqramı. Proqramlar toplusu, 2008.
  19. “Milli mənafe dəyərləri təhlükəsizliyində Heydər Əliyevin nəzəri irsinin əhəmiyyəti”. Azərbaycan Müəllimlər İnstitutunun xəbərləri,xüsusi buraxlış, Müəllim Bakı nəşriyyatı,  2008
  20. “Azərbaycanda qender problemi”. Tarix və onun problemləri jurnalı, №3, 2011
  21. Azərbaycanda Dövlət qulluğu idarıetməsinin əsasları və onun inkişaf meylləri Tarix və onun problemləri, jurnalı №4,  2011s, 86-92
  22. Optimal idarəcilik azərbaycanda dövlət qullugu idarəetməsinin təkmilləşdirilməsi yolu kimi Sosial elmlər və psixologiya fakültəsinin əməkdaşlarının elmi məqalələr toplusu, Bakı  2011 s. 95-98
  23. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında geosiyasi maraqların təminatı problemi Sosial elmlər və psixologiya fakültəsi  məqalələr toplusu, Bakı 2012
  24. Müasir geosiyasətdə qloballaşma və antiqloballaşma prosesininpraktik əhəmiyyəti. Tarix və onun problemləri 2013
  25. Siyasət nəzəriyyəsi proqram 2014
  26. Siyasi sistem nəzəriyyəsi proqram 2014
  27. Feminizm. Tarix və onun problemləri 2015
  28. Sosial nəzarət və nortmativ təsisatlar sistemi Tarix və onun problemləri 2016
  29. Yeni dünya düzəni və qloballaşmanın əsas tendensiyaları. Bakı 2017


    KİTABLAR
  30. «Politologiyadan 100 sxem», Metodik vəsait, Bakı 2002.
    2. «Sosiologiya və politologiya fənnindən mühazirələr mətni» dərs vəsaiti, Bakı 2009.
    3. “Siyasət nəzəriyyəsi” (dərs vəsaiti)., (həmmüəllif, Abdullayeva M.R. ilə birlikdə). Bakı 2017
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 539-00-93 / (+99412) 539-00-93
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət