Fəridə Arif qızı Aydınlı
Akademik borca görə kontingentdə saxlanılmış tələbələr üzrə akademik məsləhətçi
14 mart 1993-cü ildə anadan olub. 2010-cu ildə Bakı şəhəri Binəqədi rayonu N.Fərəczadə adına 100 saylı orta məktəbi bitirib. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti ixtisaslaşması üzrə magistratura pilləsində təhsil alıb. 2016-cı ildən Bakı Dövlət Universitetinin nəzdində yaradılmış tyutor kursunu bitirərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində akademik məsləhətçi vəzifəsində çalışır.