"Akademik yazının prinsipləri: elmi məqalələrin hazırlanması strategiyaları" mövzusunda elmi seminar
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Qalib Qafarlının təqdimatında "Akademik yazının prinsipləri: elmi məqalələrin hazırlanması strategiyaları" mövzusunda elmi seminar keçirilib.
Məruzəçi akademik yazıların növləri və onlara uyğun olaraq yazıların tərtibində yeni strategiyalarla bağlı vacib məqamları izah edib. Q.Qafarlı çıxışında həmçinin tədqiqatların elmi məqalələrə çevrilməsində əsas məqalə strukturları və mövcud qaydalar haqqında danışaraq, iştirakçıları praktiki yanaşmalarla tanış edib. Burada məruzəçi tərəfindən həm nəzəri, həmçinin də empirik metodlar əsasında aparılmış elmi işlərə uyğun məqalə tərtibatının əsas xüsusiyyətləri haqqında da ayrı-ayrılıqda məlumat verildi.
Elmi seminarın məqsədi tədqiqatçıların müasir akademik yazı qaydaları və elmi standartlarla tanış edərək onların elmi fəaliyyətini daha effektiv və peşəkar şəkildə davam etdirməyə təşviq etmək olub.
Sonda seminar iştirakçılarına elmi jurnallarda nəşr olunma prosesinin müxtəlif məqamları haqqında məlumat verildi və məqalələrin qəbul edilməsi üçün əsaslı elmi tədqiqat yanaşmalarının tətbiqinin önəmi vurğuladı. Tədbir interaktiv müzakirə formatında davam etdi və iştirakçılar tərəfindən yüksək maraqla qarşılandı.