Fakültəmizin əməkdaşını məqaləsi beynəlxalq elmi jurnalda dərc olundu
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Gülgün Quliyevanın elmi məqaləsi beynəlxalq indeksli jurnalda dərc olunmuşdur.
Gülgün Quliyevanın müəllifi olduğu “Geostrategic Analysis of the Zangezur Corridor's Potential Commercial and Logistic Impacts on the Region” adlı məqaləsi Scopus (Q3) bazasında indekslənən Çexiyanın nüfuzlu “European Political and Law Discourse” beynəlxalq elmi jurnalının 2025-ci il, cild 12, №3 buraxılışında dərc edilmişdir.
Məqalədə Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətini, həmçinin onun regional ticarət və logistika əlaqələri baxımından perspektivlərini elmi-nəzəri və analitik yanaşmalar əsasında təhlil etmişdir.
Fakültəmiz adından Gülgün Quliyevanı bu əhəmiyyətli elmi nəşr münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.
DOI: 10.46340/eppd.2025.12.3
Tam məqaləyə keçid: Məqaləni oxu