Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı ilə görüş keçirilib
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı ilə görüş keçirilib.
Görüşdə fakültənin dekanı Laçın Abışlı, Sosial məsələlər, tələbələrlə iş üzrə dekan müavini Kənan Vəkilov, Politologiya və sosiologiya kafedrasının müəllimi Nuran Məmmədli, kafedranın doktorantı Rafiq İbrahimov və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşı Zaur Bəndəliyev iştirak edib.
Dekan Laçın Abışlı fakültədə aparılan tədris prosesi, fakültənin beynəlxalq və ölkədaxili əlaqələri, ikili diplom proqramları haqqında Zaur Bəndəliyevə məlumat verib.
Sonda Bundestaqın Beynəlxalq Parlament təqaüdü (IPS) və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi ilə fakültəmiz arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barəsində səmərəli danışıqlar aparılıb.