Ayan Mirzəyevanın təqdimatında elmi seminar
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasında “İşğaldan azad edilmiş ərazilərin turizm potensialının qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.
Kafedranın müəllimi Ayan Mirzəyeva məruzəsində əvvəlcə işğaldan azad edilmiş ərazilərin coğrafi, təbii və mədəni sərvətlərini araşdırılmasının vacibliyini diqqətə çatdırıb. Turizm üçün regionda tələb olunan infrastrukturu nəzərdən keçirib. Nəqliyyat yolları, hava limanları, otellər, restoranlar, sağlamlıq xidmətləri kimi turistik fəaliyyətlərin tələb etdiyi infrastrukturun təmin edilməsinin əhəmiyyətindən bəhs olunub. Bölgənizin turizm potensialını təşviq etmək üçün effektiv marketinq strategiyasının yaradılmasını vurğulayıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.