BDU alimlərinin məqalələsi nüfuzlu jurnalda dərc edilib
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının əməkdaşları, kafedranın müdiri, dosent Fərid Babayev, dosent Ümmühəbibə Qələndərova, iqtisad üzrə fəlsəfə doktoru Qalib Qafarlı və Təhminə Balacayevanın həmmüəllif olduqları “Regionların iqtisadi təhlükəsizliyi: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün ilkin şərt” adlı məqalə "Web of Science" və "SCOPUS" bazasında indekslənən “Journal of Eastern European and Central Asian Research” jurnalında dərc olunub.
Məqalə regionların iqtisadi təhlükəsizliyini artırmaq və Azərbaycanda milli iqtisadiyyatın şaxələndirilməsi məqsədlərinə nail olmaq üçün prioritet sahələrin inkişafını empirik şəkildə nümayiş etdirir. Müxtəlif sosial-iqtisadi inkişaf göstəricilərini birləşdirərək 2005-ci ildən 2022-ci ilə qədər olan dəyişiklikləri nəzərə alaraq regionların iqtisadi təhlükəsizliyinin inteqral göstəriciləri hesablanıb. Tədqiqat Azərbaycanın regionlarında iqtisadi təhlükəsizliyin inteqral göstəricisi ilə istehsal amillərinin mövcudluğu və məhsuldarlığı arasında əlaqəni aşkara çıxarmışdır. Reqressiya metodunu tətbiq etməklə gəlinən qənaət kənd təsərrüfatı və ticarətin müasir şəraitdə regional iqtisadi təhlükəsizliyin artırılmasında həlledici rol oynamasıdır.
Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:
https://www.ieeca.org/journal/index.php/JEECAR/issue/view/35