BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
1 Aprel 2025 12:28
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 mart - Azərbaycan Respublikasında "Elm günü"nə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqə Komissiyasının qərarına əsasən, humanitar və ictimai elmlər üzrə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev I yerə layiq görülmüşdür.
BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə beş ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində fəal elmi tədqiqat apararaq yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.
Son XƏBƏRLƏR
25.07.2025 | 13:54
BDU-nun əməkdaşları Xankəndidə keçirilən “Qarabağ V Beynəlxalq Elmi Tədqiqat Konfransı”nda iştirak ediblər
11.07.2025 | 19:50
Çinin Lanzhou Maliyyə və İqtisad Universitetinin nümayəndə heyəti BDU-da
07.07.2025 | 00:04
Fakültəmizin əməkdaşını məqaləsi beynəlxalq elmi jurnalda dərc olundu
03.07.2025 | 23:04
Magistratura səviyyəsi üzrə diplom işlərinin müdafiəsi uğurla keçirilib
23.05.2025 | 19:09