BDU-nun dosenti Novruzə Adilova vəfat edib
10 Dekabr 2024 17:31
Dərin kədər və üzüntü ilə bildiririk ki, Bakı Dövlət Universitetinin Dünya İqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat etmişdir.
Novruzə Adilova 1959-cu il martın 20-də Ağdaş rayonunda dünyaya gəlmişdir. Bakı şəhər 53 saylı orta məktəbin məzunu olan Novruzə xanım 1980-ci ildə Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
1988-1991-ci illərdə AMEA İqtisadiyyat İnstitutunda aspiranturanı bitirmiş, 2014-cü ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2006-cı ildən Odlar Yurdu Universitetində, 2017-ci ildən isə Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. O, sahibkarlıq fəaliyyəti, kiçik və orta müəssisələrin stimullaşdırıcı amilləri sahəsində tədqiqatlar aparmış və “Beynəlxalq valyuta-kredit münasibətləri”, “Beynəlxalq investisiyalar” və “Azərbaycanın xarici iqtisadi əlaqələri” kimi fənləri tədris edərək minlərlə tələbənin yetişməsinə töhfə vermişdir.
Novruzə xanımın xatirəsi onu tanıyan hər kəsin qəlbində daim yaşayacaqdır. Onun elmi fəaliyyəti, təhsil sahəsindəki xidmətləri və insanlara bəxş etdiyi dəyərlər heç vaxt unudulmayacaq.
Allah rəhmət eləsin!
Son XƏBƏRLƏR
23.05.2025 | 19:09
İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilib
04.05.2025 | 14:27
BDU-nun baş müəllimi Eldar Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib
02.05.2025 | 14:30
BDU-da “Azərbaycan–Türkiyə iqtisadi əlaqələri və qarşılıqlı münasibətlər” mövzusunda elmi seminar keçirilib
25.04.2025 | 16:56