BDU-nun əməkdaşının həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi Qalib Qafarlının həmmüəllifi olduğu “Assessing the middle-income trap in post-Soviet countries: Evidence from unit root tests” (Post-sovet ölkələrində orta gəlir tələsinin qiymətləndirilməsi: vahid kök testlərindən sübutlar) adlı elmi məqalə nüfuzlu “Journal of International Studies” (Beynəlxalq Tədqiqatlar Jurnalı) tərəfindən dərc olunub.
Tədqiqatda post-sovet ölkələrinin iqtisadi inkişaf göstəriciləri əsasında orta gəlir tələsi anlayışı ekonometrik yanaşmalar vasitəsilə təhlil olunmuşdur. Bu məqsədlə vahid kök testləri tətbiq edilmiş və region ölkələrinin uzunmüddətli gəlir dinamikası elmi əsaslarla qiymətləndirilmişdir. Məqalə müvafiq ölkələrin iqtisadi sabitliyi və inkişaf perspektivlərinin araşdırılması baxımından əhəmiyyətli töhfə verir.
Qeyd edək ki, “Journal of International Studies” iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən ekonometrika istiqamətini əhatə edən Scopus elmi bazasında Q1 kvartili üzrə indekslənmiş nüfuzlu beynəlxalq elmi jurnaldır.
URL: https://l24.im/DO8FWR