“Beynəlxalq münasibətlərdə din amili” adlı yeni dərs vəsaiti çap edilib
Azərbaycan ali məktəblərində Beynəlxalq münasibətlər və politologiya ixtisasları üzrə təhsil alan tələbələr bundan sonra Azərbaycanda din sahəsində dövlət siyasətinin əsas istiqamətləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycanda İslamın yayılma dinamikası, Qafqaz Müsəlmanları İdarəsinin din-dövlət münasibətlərinin tənzimlənməsində rolu haqqında geniş məlumatlar ala biləcəklər.
Kitabın müəllifləri Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosentləri Kərəm Məmmədov, Elçin Məmmədov və Beynəlxalq Münasibətlər kafedrasının dostenti Əlimusa İbrahimovdur
Dərs vəsaitində islam, pravoslavlıq, iudaizm və katolikliyin siyasətlə qarşılıqlı təsir mexanizmlərinin açıqlanmasına xüsusi diqqət yetirilir. Kitabda həmçinin terrorizmin geniş vüsət aldığı müasir dövrümüzdə dinin cəmiyyətin inkişafında oynadığı rol tədqiq edilir.
Kitab tələbələr, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.