Fakültəmizdə növbəti elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “İqtisadi münasibətlər sistemində konserv sənayesinin müasir vəziyyəti və əsas inkişaf prioritetləri” mövzusunda elmi seminar keçirilib.
İqtisadiyyat kafedrasının doktorantı Emilya Şükürova elmi məruzə ilə çıxış edib.
Emilya Şükürova konserv sənayesinin ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti, kəndli təsərrüfatlarının fəliyyətinin səmərəliliyində, əhalinin məşğulluğunda, kənd təsərrüfatında, sahələrarası inteqrasiya əlaqələrinin inkişafında, xammal və resurslardan səmərəli istifadəsi məsələlərini iştirakçıların nəzərinə çatdırıb.
Məruzəçi qida sənayesinin əsas sahələrindən biri olan konserv sənayesinin milli iqtisadiyyatda rolu və əhəmiyyətini qeyd edib, daxili və xarici bazarlarda sənaye məhsullarının istehsalı və ticarətinin mövcud vəziyyəti haqqında məlumat verib.
Daha sonra Emilya Şükürova əhalinin istehlakında meyvə-tərəvəz konservlərinin və şirələrinin faktiki istehlak istiqamətlərinə, meyvə-tərəvəz məhsullarının istehsalı və emalı sferalarında gələcək dövrə hədəflənmiş sahələrarası əlaqələrin kompleks inkişafına dair təkliflər və tövsiyyələr irəli sürüb. Məruzəçi Azərbaycanda konserv sənayesinin inkişafında xarici ticarət əlaqələrinin rolu və əhəmiyyətindən, əsas inkişaf prioritetləri, müxtəlif növ konserv məhsullarının istehsal, istehlak, idxal və ixrac potensialını müqayisəli şəkildə təhlil edib və yerli məhsulların ixracında ölkələrin payını açıqlayıb.
Məruzədə konserv sənayesi məhsullarının ixrac potensialının yaradılmasında ölkə üçün daha effektli aqrar bazarın fəaliyyətinin idxal-ixrac üçün daha səmərəli hesab olunan konserv məhsulları istehsalı sahələrinin yaradılması tədqiq edilib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.